HİKMƏTLİ BEYTLƏR
XALİDƏ HİCRAN
OXUCULARIMIZIN XAHİŞİ İLƏ
———————————————-
4 cildlik “ HİKMƏT XƏZİNƏSİ”, 1- ci cild.
Bizim “Pressline.az” saytında müvəqqəti olaraq problem yarandığı üçün “VİSİONTV.AZ” saytı öz səhifələrində bizə yer ayırdığına və diqqətli izləyicilər və oxucularla yaxından tanış olmaq imkanı yaratdıqlarına görə saytının bütün əməkdaşlarına və xüsusi olaraq onun rəhbərliyinə çox dərin təşəkkür edir və qəlbən minnətdarlığımızı bildirik. O vaxt biz “Pressline.az” saytı olaraq izləyicilərimizin xahişi ilə dövrümüzün klassik şairi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, istedadlı qələm sahibi Xalidə Hicranın 4 cildlik “Hikmət Xəzinəsi” əsərinin 3-cü cildindən poetik nümunələr verirdik. Daha aydın olsun deyə sevimli izləyicilərimizin bizim “Pressline.az” saytına yazdığı məktublardan bəzi fikirləri yada salırıq..“ “ Hörmətli Nizami müəllim, salam. Mən sizin qədim dostunuz Səlim Səlimovu çoxdan tanıyıram. İkimiz də Saray kəndində yaşayırıq. Sovet vaxtı Sumqayıtda boru- prakat zavodunda bir yerdə işləmişik.Çox mehriban və səmimi bir insandır.O, sizin haqqınızda mənə çox danışıb. Xalidə Hicranın 4 cildlik “ Hikmət xəzinəsi” kitabı ilə sizdə tanış olub.O, danışırdı ki, həmin 3-cü cilddə 300-dən çox hikmətli beyt var. Mən hikmətli beytləri çox sevirəm, xahiş edirəm, əgər imkanınız varsa, həmin beytlərdən bir neçəsini paylaşardınız. Əvvəlcədən təşəkkürümü bildirirəm. Hörmətlə, İltizam Namazəliyev”
Onu da deyim ki, İltizamın məktubundan sonra qədim dostum Səlim mənə zəng edib israrla dostunun xahişini yerinə yetirməyimi istəyirdi. Bu, öz yerində. Amma həqiqətən də Xalidə Hicran hikmətli, dərin mənalar ifadə edən gözəl beytlər müəllifidir. “ Hikmət xəzinəsi” kitabının 1-ci və 3-cü cildində belə beytlərə kifayət qədər yer verilmişdir. Odur ki, İltizam bəyin və digər istəkli oxucularımızın xahişini nəzərə alaraq 1-ci cilddə verilmiş hikmət dolu həmin ədəbi incilərlə – hiknətli beytlərlə sevimli izləyicilərimizi tanış edirik.
Nizami TƏHMƏZOV
BİRİNCİ HİSSƏ
Söylənən nəsihətdə özünə çox fayda var,
Nəsihəti dinləyən qəmdən canın qurtarar.
***
Nəsihət dinləsən, olar üzün ağ,
Dinləməsən əgər, çəkərsən ax-vax.
***
Sən edəcəyin hər iş sənin adına yazı,
Əməlin düz olmasa, hamı olar narazı.
***
Desələr də ki, yoxdu yazılana bir pozu,
Düşməsin əməlinin üstünə günah tozu.
***
His basmış bir ocağın sən külü olma küncdə,
Qaranlıq könüllərə nur dolsun sən gəlincə.
***
Kaftar Günəşdən qorxar, gorları gecə qazar,
Günəşin gur işığı kaftarı güncə qısar.
***
Miskin könüllü olma, özun yoxsul olsan da,
Dövlətli çox miskindir, könül yoxsulsa onda.
***
Məğmun etmə kimsəni, məğmun olarsan özün.
Əzabını çəkəcək həm oğulun, həm qızın.
***
Yelpik cəkmə meh varsa, yelpiyini dayandır,
Özün etdiyin işdən, tək özünü utandır.
***
Tamah salma hər şeyə, qurtuluşu düşün sən,
Nəfsin sənə güc gəlməz ağıllıca düşünsən.
***
Dəbdəbəni varda yox, öz ağlında axtarsan,
Dəbdəbəli ağlınla var-dövlətdən qaçarsan.
***
Cərgədən seçilmə sən, gəl palaza bürün sən,
Hamısından öndə get, elin ilə sürün sən.
***
Muhattabım insandır – qanan, həm qanmayandır,
Başım çıxmır dünyadan, niyə yaxşı, yamandır?
***
Cəncəl işə sən tuş olsan, xar olsa da təmizliyin,
Söz-söhbətə düçar olsan, məğlub olmasın mənliyin.
***
Mərd ol ki, mərdlər özün yanında xəsis bilsin,
Səndən çox şey öyrənsin, etdiklərin az bilsin.
***
Bu həyat əyləncə deyil, ürək dolu məşşəqətdir,
Əylənənçin əyləncədir, çünki o bilmir dərd nədir.
***
Hanı şövqün, tovuz quşu, nələr dolubdur ağlına?
Sən ki gözəldən gözəlsən, yoxsa baxdın ayağına?
***
Tamah yıxar kimləri, büdrəyər bir çoxları,
Kim aza qane olmaz, gedər tüm var-yoxları.
***
Nəfs qılınc tək nəyə dəysə, yarıb kəsər,
Alçaldaraq öz sahibin, kəsib keçər.
***
Halın yaman olmasın, qəlbin qan ağlamasın,
Dünyada gördüklərin səni məəttəl qoymasın.
***
Dayan, ağılla düşün, heç nəyə məəttəl qalma,
Əvvəl düşün, sonra et, sonradan peşman olma.
***
Gələn gəlib xoş gəlib, hamısı meyxoş gəlib,
Tək bir ayiq tapılsa, demək, dərdi xoş gəlib.
***
Gələn gəlir buraya, qonaq olur obaya,
Gedəndə ağlar qoyur, dərdi qalır obaya.
***
Dağım oldu düz kimi, çayim oldu buz kimi,
Əl-ayağı üşüyən varmı dərdli qız kimi?
***
Çör-çöp yığma qırlardan bir ocaq yandırasan,
Ocaq yansa kötükdən, çətin ki, söndürəsən.
***
Birdən-birə fışqırıb, yerdən bulaqtək çıxsan,
Suyundan içilsə də, mənbəyi sirr olarsan.
***
Söyləmə sirrini ki, hər kəsə aşkar olar,
Sən saxlaya bilməsən, sirrini kim saxlayar?
***
Başını qururla tut, duruşun da şax olsun,
Tək əməllərin deyil, yerişin də şux olsun.
Adın hörməti olmaz, əməlin düz olmasa,
Qoy əməlin tanıtsın, adını bilən yoxsa.
***
Ürəyin qırılmasın gəvəzənin sözündən,
Könlün güc-qüvvət alsın ağıllı öyüdündən.
***
Durma qolu qoynunda, bu dünyadan gileyli,
Bax gör kim razı qaldı, dünyaya saldı meyli?
***
Əlinə bir sey keçməz, dünyaya etmə üsyan,
Keçsə də, itirərsən adına yazılmayan.
***
Bir kəs tapsan ki, sənin dərdini yarı bölə,
Təskin edən unudar, evindən çıxsa çölə.
***
Verərsən sən yarına yarla vuran qəlbini,
O qəlbdə yar olmasa, qəlb də çəkər dərdini.
***
Tale var, yazı var, fikirlə özünü üzmə sən,
Tanrıdan başqa sənə kim kömək olar, üzülsən?
***
Ağlını qullan, çünki, işlək dəmir parıldar,
İşlənməyən bıçaqlar, bilirsən ki, pas tutar.
***
Ağıldan çox tələb et, o dənizdir, sən sahil,
Soruş, öyrən agıldan, olma həyatda cahil.
***
Həsə tapsam, tapdıgım, söylə, mənimdir məgər?-
Başdan mənim olardı, Tanrım versəydi əgər.
***
Çalışarsan taparsan, əlin ruzi qazanar,
Zəhmətinlə faydalan, ruzin bərəkət tapar.
***
Gecəni Tanrı verdi – çox işi pünhan istədi,
Gunəşi pərdələdi, gecəni zülmət rənglədi.
***
Pünhanı aşkar etmə, könüllərə xoş gəlməz,
Tanrı deyəni etsən, heç kəs təəccüb etməz.
***
Bir işi görən zaman düşün işin sonunu,
Sən məhkəmə, iş məhkum, hökmünlə şad et onu
***
Bağlama qəlb evini, qapısı açıq olsun,
Yalqız qoyma evini, gedib-gələnlə dolsun.
***
Bağlama qəlb evini, qapısı açıq olsun,
Qəlb işıqlı olsun, qəlb nurunda şəfqət var.
***



