Ağdamım 2 kəndinə köç olacaq
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Ağdam şəhərinə, Qərvənd və Eyvazxanbəyli kəndlərinə keçmiş məcburi köçkün ailələrinin köçürülməsi ilə bağlı satınalmanı yekunlaşdırıb.
Qaynarinfo-nun məlumatına görə, satınalmanın qalibi “YÜK TAKSİSİ.AZ” MMC seçilib.
Şirkətin təklifi 2 milyon 543 min 796 manat 80 qəpik təşkil edib. Tenderin nəticələri 23 oktyabr 2026-cı il tarixində yekunlaşıb.








