XALİDƏ HİCRAN
HİKMƏTLİ BEYTLƏR
4 cildlik “ HİKMƏT XƏZİNƏSİ”, 1- ci cild.
YEDDİNCİ HİSSƏ
“Kəramətin böyük olsun, bizi yoxdan ey var edən,
Həyat əgər bir imtahan, onu da ağır etmə sən”.
***
Məşəl kimi yollarına işıq salsın, düz olanlar,
Yollarında yoldaş olsun, daim qüsursuz olanlar.
***
Zəfərlərin adil olsun, çünki həyat imtahandır.
Etmə elə əməli ki, onu etmək qadağandır.
***
Könül dostun tək bir olsun, hər qapıya bir qıfıl bəs.
Ehtibarı bir qıfila et, ukunci olar əbəs.
***
Minnət-sunnət ilə bir iş, ya bir sey vermə bir kəsə.
Verdiyindən, ya etdiyindən, zərər vermyəsən nəsə.
***
Qərəz etmə, əgər sənə bir kimsədən gəlib zərər,
Qəsdi-qərəz, san çərəzdir, çox yedikcə zərər verər.
***
Yarın səni bir nadana dəyişibsə, tayın tapıb,
Sən də unut, tap babını, batma qəmə xatırlayıb.
***
Müyəssər olmasa bir iş, yapış özgə bir əməldən,
Öz işinin ustadı ol, adam olmaz bir tənbəldən.
***
Niqabın ismətin olsun, tökülməsin abır- həyan,
İnsanlığı unutma sən, ağlın olsun sənə həyan.
***
Olma nəfsin ucbatından tərəzidə əskik çəkən,
Zərrəcə gəbahətinlə bir dünya gunah edərsən.
***
Qandal kimi bağlanma sən sevdiyinin ayağına,
Sevdiyin qoy düşünməsin dolaşırsan ayağına.
***
Tövbə elə vaxtinda ki, günahın yuyula burda,
Tövbədən sonrakı əməl, kömək olar sənə orda.
***
Xırmanda sovrulsa dən, o da ayrılar sünbülündən,
Nəfsinə uyub ayrılma düz yoldakı əməlindən.
***
Ustad özü dərs öyrədər, şagirdlərin yetişdirər,
Hər ustanın ustadlığı şagirdlərindən bilinər.
***
Dəyirman dən yütsə də, çax-çax daşada pay düşər,
Yetimə bir tikə versən, adın sağ dəftərə düşər.
***
Qönçə gül haray saldı ki, dərmə, qönçəyəm, ey fələk!
Dərmək istəsə, baxmaz ki, qönçə, ya güldür – dərəcək!
***
Gəncliyinin gözəlliyi hələ bəsdir şux hüsnünə,
Qocalanda bu süslənmək kar edəmi gül üzünə?
***
Mey içmiş bir sərxoş kimi olma, ömrü ayıq yaşa,
Ağıllı işlə, əməllə bəla gəlməz ayıq başa.
***
Meyxanədə məst olaraq, orda- burda qalmayasan,
Ayıq ol ki, öz evində, sən bir işə yarıyasan.
***
Sərsərilər kimi gəzmə boş-boş avara kimi sən,
Bir kitabı varaqla ki, bəlkə, nəsə öyrənəsən.
***
Borc alsan qaytar, istəsən, deməsinlər, daha Yoxdur!
Etibarsız, yalançıya verən də deyər ki, Yoxdur!
***
Könlün şam kimi əriyir peşmanlıq çəkən zaman,
Peşiman olmamışdan düz iş gör, var ikən zaman.
***
Sütül bir qarğıdalıdan heç də yaxşı dən olmaz,
Hərb meydanı gər olmasa, cəngavərlər doğulmaz.
***
Növrağımı pozdu mənim, nə edim, zülm etdi fələk?
Bəla fələkdən gəlibsə, kim dayandıra biləcək?
***
Çevrəsindən necə çıxım, axı nəzərindəyəm,
“Gəl”dedi, gəldim, “çıx”desə, Onun qələmindəyəm.
***
Şəfqətini əsirgəmə xəstə, aciz, yetımdan,
Tanrı səfqətlə yanaşsın sənə mərhəmətindən.
***
Fəqət mənim yolum hara?- deyəsən, çatib sona.
Keşkə, yaradandan mənə orda mərhəmət ola.
***
Qulağında, boğazında gözəl cəvahirətin var,
Söylə görüm, o dünyaya aparmağa bəs nəyin var?
***
Gözəlliyin ağıl alır, sən boş başlara bəlasan,
Gözəlliyi pünhan saxla, alovlarda yanmayasan.
***
Şəbnəməm, gecə doğulub, gün çıxanadək yaşaram,
Sübh çağı, əl-ayaq yuyub, günortayadək qalamam.
***
Sübh çağı durmasan ki, işlərini görəsən,
Gün sonu bax, hirsini hər kəsə tökməyəsən.
***
Nəzərə birin salma, o da xeyirxah baxsın,
Paxıllıqdan uzaq ol, gözlərindən nur yağsın.
***
Boş vaxtıni zay etmə, hər dəqiqən ömürdən,
Mənasız keçirdiyin vaxt da gedir ömründən.
***
Vədə gəldi, vaxt tamamdır, ömrümə günmü calandı?
Özümdən başqa, deyəsən, hər bir sey burda qalandı.
***
Mürgüləmə, ayıq kimi ya dur, ya yat yatan kimi,
Həyatını bada vermə gəmiləri batan kimi.
***
Xumar- xumar baxma elə, özüm də xumaram mən,
Yaşadığım həyata, xumar gözlə baxıram mən.
***
Bir acı söz neştər olub, batır qəlbimə dərindən,
Sancandan başqa neştəri varmı çıxaran yerindən?
***
Bir acı söz söyləsən, bir ürəyi qırarsan,
İnsafa gəlib, onun könlün özün alasan.
***
O həyat çeşməsindən kim su içdi, görəsən?
Xızırdan başqa birin heç duymadım, deyəsən.
***
Gəlibsən, xoş gəlibsən, ömrün xoş olsun deyə,
Dünyada elə yaşa, dərd olma bir kimsəyə.
***
Ömür qısa, həyat əbədi, dünya bizə müvəqqəti,
Bu ömürü elə yaşa ki, itirməyəsən hörməti.
***
Dünyadan belə yapışma, qalan olmadı burda,
Doğru yaşa, halal yaşa, lazımın olar orda.
***
Həqarat etmə belə, düşmən də olsa sənə,
Həqaratı sevmirəm, etməsin kimsə mənə,
Nifrin ürək soyudur, dil acıyır deyəndə,
Nə yazılıb, o olur, hikmət gəzmə nifrində.



