media-ads-728x90
media-1290068_tramp_2025di_1791701467
media-ads-728x90

ABŞ Prezidenti Donald Tramp yaxşı münasibətlərə malik olduqlarını bildirdiyi Liviyaya çağırış edərək, bu ölkənin artıq qanunsuz miqrasiya üçün istifadə olunan dəhliz olmamalı olduğunu bəyan edib.

Pressline.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp sosial şəbəkə hesabında etdiyi paylaşımda Avropaya qeyri-qanuni miqrasiya məsələsi ilə bağlı Liviyaya çağırış ünvanlayıb.

“Liviya xalqı qürurlu, dözümlü və qonaqpərvərdir. Onlar sülhə və rifaha layiqdirlər. ABŞ və Liviya Liviyada İŞİD-i birlikdə məğlub etmək sahəsində əldə etdiyimiz tarixi uğura əsaslanaraq terrorla mübarizədə güclü və uzunmüddətli tərəfdaşlıq nümayiş etdirirlər”, – deyə Tramp bildirib.

Qanunsuz miqrasiya məsələsinə toxunan ABŞ Prezidenti Liviyaya müraciət edərək bu vəziyyətə son qoyulmasının vacibliyini vurğulayıb.

“Liviya qanunsuz miqrasiya dəhlizi olaraq qala bilməz və buna dərhal son qoyulmalıdır”, – deyə Tramp qeyd edib.

Tramp daha əvvəl Fransada baş verən hadisələrlə əlaqədar qeyri-qanuni miqrantları hədəf göstərmiş, Fransa başda olmaqla, Avropa ölkələrini sərhədlərini qanunsuz miqrantların üzünə bağlamağa çağırmışdı.


media-ads-728x90

Bənzər xəbərlər