media-ads-728x90
media-resize
media-ads-728x90

İsrail ordusunun Baş Qərargah rəisi general-leytenant Eyal Zamir Knesset seçkilərindən əvvəl İrana hərbi hücum əmri vermək cəhdinə qarşı çıxıb.

Pressline.az Channel 12-yə istinadla xəbər verir ki, o bu addım üçün hüquqi əsaslandırması olan yazılı sənəd” təqdim etməsini tələb edib.

“Bu, son dərəcə həssas və dramatik bir anda İranla sürətli toqquşmaya səbəb ola biləcək bir addımdır və səhv hesablamadır”, – Zamir bildirib.

Onun sözlərinə görə, hərbi rəhbərlik siyasətçilərin İran məsələsindən öz siyasi mənfəətləri üçün istifadə etməyə çalışmasından narahatdır.

İsraildə parlament seçkiləri oktyabrın 27-də keçiriləcək.


media-ads-728x90

Bənzər xəbərlər