Tramp Norveçi təhqir elədi
ABŞ Prezidenti Donald Tramp Nobel Sülh Mükafatına layiq görülməməsindən sonra Norveçi sərt tənqid edərək bu dövləti “tualet ölkə” adlandırıb.
Pressline.az xəbər verir ki, bunu o, Miçiqanda keçirilən seçki kampaniyası zamanı deyib.
“Düzünü desəm, Norveç bərbaddır. Norveç əslində tualet ölkəsinə çevrilib” – Birləşmiş Ştatlar lideri söyləyib.
D.Trampın narazılığı Nobel Komitəsinin mükafatı Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə keçmiş Ali Komissarı Navi Pillaya vermək qərarından irəli gəlir. ABŞ rəhbəri əvvəllər mükafata namizəd göstərilsə də, sonradan laureatlar siyahısına salınmayıb.
Oktyabrın 10-da D.Tramp Norveçin ona Nobel Sülh Mükafatını verməkdən imtina etməsini unutmayacağını bildirib. Onun sözlərinə görə, ABŞ həll etdiyi hər münaqişəyə görə səkkiz mükafat almalı idi. O, komitənin qərarını Norveç üçün silinməz ləkə adlandırıb.








