media-ads-728x90
media-1792998925-h1jsiz9ukvqirst4wlicltpz3wn9p4amnyocjcm5_1200
media-ads-728x90

“Sabah” Azərbaycan çempionatlarının rekordunu təkrarlayıb.

Pressline.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

Misli Premyer Liqasının arxada qalan hissəsi “Sabah”ın cəmi 1 qol buraxması ilə diqqət çəkir.

8 oyunda orta hesabla 0,125 top buraxan paytaxt təmsilçisi turnir tarixinin rekordunu təkrarlayıb.

1992-ci ildən keçirilən çempionatda ümumilikdə 5-ci, son 10 mövsümdə ilk dəfə bir komanda ilk 8 matçda yalnız 1 top buraxıb. Buna sonuncu dəfə 2016/2017 mövsümündə “Qəbələ” nail olub.

2001/2002 mövsümündə “Neftçi”nin imza atdığı rekordu 6 ildən sonra AZAL, 9 ildən sonra “Xəzər Lənkəran” təkrarlayıb.


media-ads-728x90

Bənzər xəbərlər