media-ads-728x90
media-6ae301c6816ea6ae301c6816eb17932620226ae301c6816e86ae301c6816e9
media-ads-728x90

Səhiyyə Nazirliyinə yeni mətbuat katibi təyin olunub.

Pressline.az xəbər verir ki, TƏBİB-in mətbuat katibi Fərid İsrafilzadə Səhiyyə Nazirliyinə gətirilib.

Məlumata əsasən, F.İsrafilzadəyə nazirliyin mətbuat xidmətinin fəaliyyətini öyrənmək tapşırılıb.

Qeyd edək ki, Fərid İsrafilzadə TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin əməkdaşı olub. Anar Bayramov TƏBİB-ə rəhbər təyin edildikdən sonra həmin departamentə Zara İbrahimzadə rəhbər gətirilib. Fərid İsrafilzadə isə onun tabeliyində mətbuat katibi təyin edilib./bakupost.az

Xatırladaq ki, 2018-ci ildən Səhiyyə Nazirliyinin mətbuat katibi çalışan Pərviz Abubəkirov dünən vəzifəsindən uzaqlaşdırılıb.


media-ads-728x90

Bənzər xəbərlər