“Arsenal”dan şok məğlubiyyət
İngiltərə Liqa Kubokunda futbol tarixinin en böyük sürprizlərindən biri qeydə alınıb.
Pressline.az xəbər verir ki, heyətinin ümumi bazar dəyəri rəqibindən 649 milyon 50 min funt-sterlinq çox olan “Arsenal” dördüncü liqa təmsilçisi “Fletvud Taun” qarşısında gözlənilməz məğlubiyyətlə üzləşib.
Qarşılaşmanın əsas vaxtı gərgin mübarizə şəraitində keçərək 1:1 hesabı ilə başa çatıb. Qalibi müəyyənləşdirmək üçün müraciət olunan penaltilər seriyasında daha dəqiq oynayan “Fletvud Taun” 5:3 hesabı ilə üstün gələrək nəhəng rəqibini turnirdən kənarlaşdırıb və tarixi uğura imza atıb.








