media-ads-728x90
media-6ae0ae9f0d5c26ae0ae9f0d5c317931096636ae0ae9f0d5c06ae0ae9f0d5c1
media-ads-728x90

Dövlət sərhədini pozmağa cəhd edən xarici ölkə vətəndaşları tutulub.

Pressline.az xəbər verir ki, hadisə Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində qeydə alınıb.

Keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində İrandan Azərbaycan istiqamətinə dövlət sərhədini pozmağa cəhd edən 3 nəfər Əfqanıstan İslam Əmirliyi vətəndaşı saxlanılıb.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.


media-ads-728x90

Bənzər xəbərlər