media-ads-728x90
media-whatsapp-image-2026-10-20-at-20-19-58
media-ads-728x90

                                                                  

                             HİKMƏTLİ  BEYTLƏR 

                                4 cildlik “ HİKMƏT  XƏZİNƏSİ”,   1- ci cild.  

 

                

                                                                                      

 

 

  

 

          SƏKKİZİNCİ  HİSSƏ      

 

Qatil, nədir?- qəzəb, hirs, səbirsizlik, ya da ki, nəfs,  

Bunlar olmasa, olmaz dünyada qatil, tək bir kəs. 

*** 

Hiddət-qəzzəb olmasın ömründə bir an da belə,  

O da olmasa, nə gözəl, üzün gözün hey gülə. 

*** 

Dağda-daşda yerisən də, çalış ki, büdrəməyəsən,  

Günahı yollarda deyil, gərək, ağlında görəsən. 

*** 

Qəmzələrin mənə bəsdir, gül, ey gözəl qəmzə satan, 

Daşı tərəziyə düz qoy, aldanmasın qəmzə alan. 

                                   *** 

Bəzən əsl sənətkara edilər çox həqarət,  

İnsan xilqəti budur-paxıl eyləməz hörmət. 

                                                                                            *** 

Taqətim yox bu canda, çoxdur taqətsiz bu cahanda.  

Fəqət insan zalimləşir, demə taqət hansı canda? 

*** 

Vəsf olunub gözəlliyin səndən öncə mələkdə,  

Sən mələyin kölgəsisən, ey gözəl inan, yerdə. 

*** 

İdrak nuru səndə olsun, daim yaşasın səndə,  

Tərk eləsə, demək, yoxam, idrak nuru yox məndə. 

*** 

Kim deyir ki, bəxtiyaram? Oxşayıram bəxti-yara?  

Fələk ağlatdısa, demək, mən olmuşam bəxti qara. 

*** 

Sən beşikdə dil açıb, danışmadın İsa kimi,  

Beşiyin var, sahib çıx, yaddan çıxarma dilini. 

                                        *** 

Dostla ayrılsan vida et, sonra ayrıl dostundan,  

Bəlkə sabah görəməzsən, gər dünyadan ayrılsan. 

*** 

Duzsuz bir söz söyləyib, aranı qatma qəsdən,  

Bu, özünə qəsd olar, heç özün də bilməzsən. 

*** 

Bağrım yandı ağlamaqdan, ədaləti tapmamaqdan,  

Gördüm deyən olmasa da, heç qalmadım axtarmaqdan. 

*** 

Tələyə düşdü ceyran, kim alar onu dardan?  

“Balası gözlər” deyb, qurtaracaq Yaradan. 

*** 

Seyr edirəm dünyanı, çünki mən bir rəssamam,  

Çox dərindən dalanda şeir də yazır fırçam. 

*** 

Əgər qəmi, kədəri ürəyinə buraxsan,  

Kədər silər qəlbindən səni, həm də həyatdan. 

*** 

Hüdudu görünməyir, uczus- bucaqsız kainat,  

Bax bu sonsuz göylərə, əlini ümidə uzat. 

*** 

Həddini sən heç aşma, həddini bil hər zaman,  

Bəndin də bir həddi var, aşsa, sel edər tüğyan. 

*** 

Kimsəsiz bir qocaya yardım et, dili qafil,  

Onun da sahibi var- hər şeyi görür, bilir. 

*** 

Hədər həyat yaşama, hədər olmasın günün,  

Sonunda ayılanda, demə “zay oldu ömrüm”. 

**** 

Nübar gətirən ağac bar verməyə hazırsa,  

Gələn il cox bar verər, qışda ayaz vurmasa. 

*** 

Səmimi ol insanlarla, müəmmalı yaşama,  

Sadəlik böyük gözəllik, ondan sən uzaqlaşma. 

*** 

Bəla gəlsə qapına, döz, bəlaya güc gəl sən,  

Bəla olar başına bəlalara dözməsən. 

*** 

Pis əməlli dost ilə otur- dur eyləmə sən,  

Bil, sədəmə toxunar sənə də əməlindən. 

*** 

Dost seçəndə namüslu, əməlisaleh olsun,  

Sənin də əməllərinə onun nurundan dolsun 

                                    *** 

Sənə pis rəftar edənə kəc rəftar heç etmə sən,  

Görüb sənin əməlini, utansın etdiyindən. 

*** 

Çıraqban ol, işıq sal, könüllərə özün sən,  

Səninlə dost olmağa alışan qəlb görərsən. 

*** 

Nə istəsə eyəyər, insan da yolun azanda,  

Süd də coşub həddin aşsa, qalmaz damcı qazanda. 

 

Şəfqətini əsirgəmə ehtiyacı olandan sən,  

Sənə də şəfqəti olar, şəfqətini bəyənəndən. 

*** 

Qatili kəndirdən asmaq heç də qurtuluş deyil,  

Əzabları kəndirdən as, nə dərd olsun, nə qatil. 

*** 

Şəfa olsun rəftarın, sözlərin xəstələrə,  

Dərman tapmasalar da, dərman ol ürəklərə. 

*** 

Toy- büsatdan qalma heç, yara sən xeyir-şərə,  

Xeyir- şər sahibinin gözü baxar hər yerə. 

*** 

Tarimar olacaq əgər, bir tüfaq yıxan olsa.  

Özüdə alar cavabın, gər dağıdıb tufaqsa. 

*** 

Nəsibin olsun gözəllik, sadəlik, təmizlik,  

Bunlar olmasa, olarmı həqiqi gözəllik? 

*** 

Fəlakətdən qaçmaq olmur, əgər əmr göydənsə,  

Bacar, zəlzələni durdur, yolun bilərsənsə. 

*** 

Saxlayırıq, bər-bəzəklə ələnin məzarını,  

Qayıtsa, bəyənərdi görən, bu yadigarını? 

*** 

Ovun aslan ovu olsun, çaqqal şikarı olmasın,  

Özün ovla, qoy şir adın, gedəndən sonra da qalsın. 

**** 

Fərağında bir gözəlin yanma, əyan et bilsin,  

Cavabı hə, ya yox olar, ürək də işin bilsin. 

*** 

Səfərə çıxan zaman götürmə çox azuqə,  

Sənə verən verəcək, sən yalvar o xaliqə. 

*** 

Rəqibin olsa əgər, sənətində bil ki sən,  

Ən yaxşıları seçib, gərək rəqib biləsən. 

*** 

Kənar demə qonşuya, yad olsa da yaxın ol,  

Eyni bez qırağısan – o insan, sən adam ol. 

*** 

Biçarəyəm söyləmə dərdin əlində qalsan,  

Aç əlini tanrıya, nicatını taparsan.                           s

 

           

 


media-ads-728x90

Bənzər xəbərlər