media-ads-728x90
media-1793112430_242651_yr1oo8rmse
media-ads-728x90

Qazaxıstanın paytaxtı Astanada keçirilən güləş üzrə dünya çempionatında Azərbaycanın yunan-Roma güləşçiləri növbəti görüşlərini keçiriblər.

Pressline.az verir ki, 63 kq çəki dərəcəsində çıxış edən Nihat Məmmədli finalda ermənistanlı Karen Aslanyana 4:8 hesabıyla məğlub olub və dünya çempionatını gümüş medalla başa vurub.

67 kq çəki dərəcəsində mübarizə aparan Həsrət Cəfərov isə üçüncü yer uğrunda görüşdə Qazaxıstan təmsilçisi Bağdat Sabazla qüvvəsini sınayıb. O, rəqibinə 5:7 hesabı ilə məğlub olub və beşinci yerlə kifayətlənib.

Qeyd edək ki, mundial noyabrın 1-də başa çatacaq. Daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) qızıl medal qazanıb. İslam Abbasov isə 1/8 finalda bolqarıstanlı Olimpiya çempionu Semyon Novikova uduzaraq dünya çempionatında çıxışını başa vurub.


media-ads-728x90

Bənzər xəbərlər