76 yaşlı kişini maşınla vurub öldürdü
Xaçmazda ağır yol qəzası baş verib.
Pressline.az xəbər verir ki, hadisə Xaçmazdan Qubaya gedən yolun 1-ci kilometrliyində qeydə alınıb.
R.Nəsirov idarə etdiyi “Chevrolet Cruze” markalı avtomobillə hərəkətdə olarkən yolu keçən 76 yaşlı Baxışov Məhərrəm Şirnəli oğlunu vurub.
Piyada hadisə yerində həlak olub.
Faktla bağlı Xaçmaz RPŞ-də cinayət işi başlanaraq istintaq aparılır.








