media-ads-728x90
media-tia_6d6262bd573d5d1e9ab2509ef91cb6a3_ub2tomv4r8sw0k9ezj7a
media-ads-728x90

ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibəsinin nizamlanması istiqamətində irəliləyiş əldə olunduğunu bildirib.

Pressline.az xəbər verir ki, Tramp bu barədə Texasdan Vaşinqton yaxınlığındakı Endryus hərbi bazasına qayıdarkən jurnalistlərə açıqlamasında deyib.

O, Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski ilə tezliklə görüş keçiriləcəyini qeyd edib.

“Düşünürəm ki, Rusiya ilə, Rusiya və Ukrayna ilə böyük irəliləyiş əldə edirik. Tezliklə görüş təşkil olunacaq”, – Tramp bildirib.

Görüşün kimlərlə keçiriləcəyi barədə suala cavabında ABŞ Prezidenti Putin və Zelenski ilə görüşün nəzərdə tutulduğunu deyib.


media-ads-728x90

Bənzər xəbərlər