Azərbaycan nefti 4 faiz ucuzlaşdı
Dünya bazarlarında Azərbaycan neftinin qiyməti ucuzlaşıb.
Pressline.az xəbər verir ki, “Azeri Light” markalı neftin CIF şərtləri ilə 1 barelinin qiyməti 5,11 dollar və ya 4% azalaraq 122,49 dollar təşkil edib.
Qeyd edək ki, bundan əvvəl Azərbaycan neftinin bir bareli 127,6 dollara satılırdı.
Xatırladaq ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində “Azeri Light” markalı neftin orta qiyməti bir barel üçün 65 dollar götürülüb.








