media-ads-728x90
media-images_-_2026-10-28t104814-193
media-ads-728x90

“Xaotik miqrasiya axınları Avropa ölkələrinin təhlükəsizliyinə ciddi zərər vurub, BMT-nin nüfuzu kəskin şəkildə zəifləyib, dünyadakı vəziyyət isə hazırda Soyuq müharibə dövründəkindən daha mürəkkəbdir”.

Pressline.az xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev deyib.

O bildirib ki, hazırda dünya ölkələri arasında absurd və əsassız ittihamlar, gizli qarşıdurmalar güclənib, aparıcı dünya dövlətləri arasında isə qarşılıqlı etimadın ümumi böhranı yaranıb:

“Nəzarətsiz və xaotik miqrasiya axınları əhəmiyyətli dərəcədə artıb, biz bunun bir sıra Avropa ölkələrinin təhlükəsizliyinə ciddi zərər vurduğunun bilavasitə şahidi olduq. Birləşmiş Millətlər Təşkilatı dərin tənəzzül yaşayır, beynəlxalq hüququn əhəmiyyəti isə xeyli azalıb”.

Tokayev əlavə edib ki, dünyada baş verən hadisələri proqnozlaşdırmaq bir çox siyasətçi və ekspert üçün həlli mümkünsüz vəzifəyə çevrilib:

“Bütün dünya ictimaiyyətinin sarsıntılar dövründə yaşadığını desək, mübaliğə olmaz. Hətta Soyuq müharibə dövründə belə mürəkkəb və gözlənilməz vəziyyət müşahidə edilməyib”.

Prezident qeyd edib ki, məhz belə bir dövrdə Qazaxıstan ölkədə genişmiqyaslı islahatlara başlayıb və bu, dünya miqyasında olduqca nadir hadisədir. O, həmçinin ölkənin suverenliyinin möhkəmləndirilməsinə çağırıb.


media-ads-728x90

Bənzər xəbərlər