media-ads-728x90
media-resize
media-ads-728x90

Ərdoğanın “qardaşlığımıza dinamit qoymaq istəyənlərə imkan verməyəcəyik” açıqlaması Türkiyədə Azərbaycana qarşı informasiya hücumları kontekstində diqqət çəkir. 

Pressline.az xəbər verir ki, bunu siyasi şərhçi Asif Nərimanlı bildirib.

O xatıraldıb ki, Türkiyə lideri bu sözləri TDT-nin Ankarada keçiriləcək Zirvə toplantısı haqda danışarkən bildirib.

“Ərdoğan qeyd edib ki, “türk dünyası olaraq sarsılmaz qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında yenə də birlik və bərabərlik içində dayanacağıq”. Lakin Ərdoğanın sözlərini həm də Azərbaycan-Türkiyə münasibətlərini pozmaq cəhdlərinə mesaj olaraq qəbul edə bilərik. Bu mesajın Türkiyədə Azərbaycana qarşı hücumların aktivləşməsində katalizator rolunu oynayan Oktay Saralın istefaya göndərilməsinin ardından verilməsi də diqqətdən yayınmır.

Son məlumatlara görə, Azərbaycanın Türkiyədə “arzuolunmaz şəxs” elan etdiyi 31 nəfərdən biri – “Köklü Değişim” hərəkatının İstanbul təmsilçisi Məhəmməd Əmin Yıldırım saxlanılıb, digəri – səfirliyimizin qarşısındakı aksiyada iştirak edın Fatih Erşahin ifadəsi alınması üçün polisə çağırılıb. “Qara siyahıya” salınan digərlərinin də Azərbaycana qarşı fəaliyyətə görə cavab verəcəyi gözləniləndir” – Asif Nərimanlı əlavə edib.


media-ads-728x90

Bənzər xəbərlər