Ukrayna Rusiyada mühüm zavodu vurdu – Video
Ukrayna ordusu Rusiyanın Tula vilayətinin Novomoskovsk şəhərindəki “Azot” kimya zavoduna hücum edib.
Pressline.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Məlumata görə, hücum nəticəsində müəssisədə genişmiqyaslı yanğın baş verib.
Qeyd edək ki, “Azot” zavodu “Yevroxim” (EuroChem) şirkətlər qrupuna daxildir və Rusiyanın ən böyük azot gübrəsi istehsalçılarından biridir. Müəssisədə ammonyak, ammonium nitrat, karbamid və metanol istehsal olunur. “Azot” zavodu Rusiyanın hərbi-sənaye kompleksi üçün də əhəmiyyət daşıyır. Ukrayna Xarici Kəşfiyyat Xidmətinin məlumatına görə, müəssisə Dzerjinsk şəhərində partlayıcı maddələrin istehsal olunduğu Sverdlov adına zavoda azot turşusu tədarük edir.








