XALİDƏ HİCRAN
HİKMƏTLİ BEYTLƏR
4 cildlik “ HİKMƏT XƏZİNƏSİ”, 1- ci cild.
DOQQUZUNCU HİSSƏ
A Ğ L I N H A N I?
Soruşsan, ağlın hanı, ay gözəlçə, nədən yox?
Bəhanəsi olar ki, nə nənəm, nə dədəm yox.
***
Tərbiyəli olmaqçın hami tələb olsa da,
Çox tərbiyəli gördüm hətta yaşayıb tənha.
***
Qarşında iki yol var, birini özün şeç, get,
Kim deyir əyrini seç?-sən doğrunu seç, keç get.
***
Olmasa bir çayda su, o çayda olmaz balıq,
Sərxoş kimi yaşama, həyatda sən ol ayıq.
***
Boş-boşuna xəyalla yaşama bu həyatı,
Geyilməyən paltarın hətta kəsilər qatı.
***
Sən adla öncə arxı, sonra keçəsən çayı,
Hər kəsin dayısı yox, ki, kömək edə dayı?
***
Başına yığışarsa milçək, ya ağcaqanad,
Onda gözlə ki, nə vaxt bir tufan başlanacaq.
***
Qorxun olmasın heç vaxt həyatda bir güclüdən,
Sən qorx üzünə gülən yaltaq, ikiüzlüdən.
***
Çobanın dəyənəyi yoxsa əlində, hərgah,
Sürüyə bir qurd cumsa, özü gizlənər, vallah.
***
Olsun sənin əlində ağıl deyilən məfhum,
Tanı, evlən, sonralar deməsin budur huyum.
***
Qaynar qazana bənzər, övlad, bu həyat heyhat,
Pislikdən özün qorun, yaxşılığa sən can at.
***
Bir gün açsa dəlilik öz ağlın öz başına,
Kimin ağlı yaxındır öz ağlıntək başına?
***
Harayını eşidib gəlsə hər kim yanına,
Kimin əli yarıyar öz əlintək canına?
***
Ağıllılar yanında sən boşuna danışma,
Yeldə qovut üyütsən, iştahla ağzın açma.
Asılma sən fələkdən, qorun hiylə kələkdən,
Fələk hətta qorunur, insandakı kələkdən.
***
Kim-kimədi, kim gülə, dərd yığılıb bir şələ,
O şələnin altında çətin ki, insan gülə.
***
Pillə-pillə qalxanı qəfil sillə yıxıbdır,
Yuxarı çıxsan, bil ki, sillə vaxtı çatıbdır.
***
Behiştdə var keşikci, qoruyur o hehişti,
Yoxsa ora dolardı, nə qədər var keşikçi.
***
Qatığın üzündədir qaymağı bircə qaşıq,
O da bizi aldadır, üzə verir yaraşıq.
***
Danlaqla düzəlsəydi birində əməl,
“Danlaq” adlı bir fəndən dərs verərdilər.
***
Hər gələn gün yeni gün, yeni bir həyat,
Bu gün bişən sabaha olacaq boyat.
***
Bəyənsən dünənini bu günkü kimi,
Xətanı təkrarlarsan dünənki kimi.
***
Öz dərsini almasa insan həyatdan,
Yediyi də olacaq köhnə boyatdan.
***
Dərsini heç almayan öz xətasından,
Gec-tez tora düşəcək oz ayağından.
***
İnsanlar yaşla-başla gələr ağıla,
İnək gedər naxıra, dönər axura.
***
Dən çox olarsa, quşlar dolar taxıla,
Niyyətini söyləmə heç vaxt paxıla.
***
Uşaqkən bağışlanar günahın, hərgah,
Yaşlıykən bağışlanmaz sənə o günah.
***
Dünəndən bu günün olsun bəhərli,
Bu günün dünəndən olsun dəyərli.
***
Hər gün irəliyə getməsən əgər,
Addımsız məqsədə çatarsan məgər?
***
İrəliyə baxmasa gözlərin sənin,
Ayaqların aparmaz özünü sənin.
***
Mətləbinə çatarsan işə əl atsan,
Sən yerində yatmaqla hara çatarsan?
***
Hər ümidin var öz yolu,
Ümidçin tap doğru yolu.
***
Arzular olar cürbəcür, daim müxtəlif,
Arzuların olsun böyük, olmasın xəfif.
***
Yolun uğurludur, sözün doğrudur,
Uğuru qazanmaz o kəs oğrudur.
***
Bir addım atsan fikirləşmədən,
Peşman olarsan öz əməlindən.
***
Ürəyin titrəyir fəlakət görsən,
Ürəyin titrəmir, özün törətsən.
***
Özgənin günahın həmən görürük,
Öz günahımızın üstün örtürük.
***
Yaylar dartılanda oxlar tuşlanır,
Ox batmasa əgər, atan tuşlanır.
***
Yalvardı torpaqlar, imdad istədi,
İnsanı mayadan o istəmədi.
***
Torpağın da torpaqla olmazdı işi,
Olmasaydı insanın ağzında dişi.


