XALİDƏ HİCRAN
HİKMƏTLİ BEYTLƏR
4 cildlik “ HİKMƏT XƏZİNƏSİ”, 1- ci cild.
ON BİRİNCİ HİSSƏ
Aslanlar olmasa ovu edənlər
Çaqqalar onlardan gen gəzərdilər.
***
Məsumluq uşaqda, uşaq bir mələk,
Onu yetişdirmə bir günahkar tək.
***
Uşaqdan pis əməl yox, yaxşı gözlənər,
Yaxşını becərməsən pislər yetişər
***
Yolun olsa uzun, əməlin düzgün,
Heç nə etməz səni bir azca üzgün.
***
Dəysə daşın daşa, başı az qına,
Çalış baş düz yoldan dönməsin yana.
Yolun olmasa da kölgəli, sərin,
Ağlın dərya təkin olsun çox dərin.
***
Müşgüldürsə işin, halın da xarab,
Ağlını işə sal, axtar, çarə tap.
***
Olsa da üzündə nə ənlik-kirşan,
Ondan çox tərtəmiz üzə möhtacsan.
***
Tapsan bir içim su, quşlara da ver,
Tanrı mərhəmətlə sənə də verər
***
Yazda kim əlini bir belə atır,
Payızda dən biçib, əhdinə çatır.
***
Ər-arvad savaşı bir yaz yağışı,
Həmin gün ər yeyər kərti lavaşı.
***
Yol gəlsən ki, isti bir döşəyin var,
Yorğun can döşəkdə rahatlıq tapar.
***
Özünü öyənlə döyən eynidir,
Hər iki başda da bir quş beynidir.
***
Yaşıl yamaclarda otlasa quzu,
Onun əti neyləyir istiot-duzu?
***
Yadigar saxlasan sən bir dəsmalı,
Unut ağlamağı, düzəlt əhvalı.
***
Xatirə gətirər hüzünlə kədər,
O da xatırə tək tez çıxıb gedər.
***
Münasibət olsa, bir kəs ilə pis,
Qeyrətə fikir ver, bürüməsin hirs.
***
İnsan unutqandır, tez unudandır,
Unudulmayanlar qəlbdə yaradır.
***
Sənin ucbatından biri yıxılsa,
Bax ki, ertəsi gün bir-bir artmasa.
***
Pisi durdurmasan, artar, çoxalar,
Əzab çəkənlərin sayı da artar.
***
Yaşın olsa doxsan, deməli, yoxsan,
Çox yaşadıqca da unudulursan.
***
Gənc ikən başında dostun- sirdaşın,
Qocalanda özün və əl ağacın.
***
Heyhat, O veribsə hökmünə fərman,
Fəqət ondan qaça bilməz bir insan.
***
Qoca ikən olmaz ağalıq asan,
Hörmətlə yanaşmaz qocaya nadan.
***
Vücuduna verər cavanlıq şahlıq,
Qocalıq axtarsa, tapmaz darğalıq.
***
Yan-yörən olsa da qohum-qardaşın,
Əməlinə məs’ul tək sənin başın.
***
Gücü alır səndən həm ayaq, həm baş,
Başı uca tut-o ayağa yoldaş.
***
Yolunu bir gedir səninlə ayaq,
Özün olmalısan ayağa dayaq.
***
Danışmaq, yeməkçin dil kömək edər
Dişlərdən daha çox o əzab çəkər.
***
Hər əza istər ki, güclünü yenə,
Gücün tükənsə də, sən haram yemə.
***
Saçdan ələk düzəltdim, satıb çörək qazanam,
Nisyə satırsan, alım?-soruşdu nadan adam.
***
Atılsa da arxanca daş, ya da ki, acı söz,
Hər kəsə cavab vermə, aciya da bir az döz.
***
Kimi var, qəsdən deyər, kimi bilmədən edər,
Ya edən, ya da deyən, öz bişirdiyin yeyər.
***
Elmi alsan elmdən, faydalan həm helmdən,
Elini ürəkdən sev, arxanı tut elindən.
***
Qazan olsa dop-dolu, ağrıdar əli-qolu,
Ürək dərddən sızıldar, baş fikirlərlə dolu.
***
Alaraq ağuşuna, apararsa sel səni,
Seli günahkar görmə, bilmək lazım bölgəni.
***
Yaranan hər bir gündən, xəbərdar edir səni,
Nədən daim günahkar, bilirsən sən özgəni?
***
Nə ki var-yer göy-hər şey, Onun ixtiyarında
Əməllə hörmət qazan, daim Onun yanında.
***
Yerişin iti- iti, ya da ki, tənbəl tənbəl,
Sənin düz əməlinə, kim ola bilər əngəl?
***
At qara fikirləri, o ağıllı başından,
Onda fayda görərsən, orda qalanlarında…
***
Nə qalsa səndən geri, ya yaxşı, ya pis əməl
Yaxşı-pis əməllərin, yaddan çıxarmı məgər?
***
Unutmaqçın ölümün, olmaz sənə bir əngəl,
Səndən sonra dillərdə, gəzər gördüyün əməl.
ATINI SÜRMƏ DÖRDNALA
Olmasa bir gün sənə bir az rahatlıq,
Sən yenə də yorulma, et xeyirxahlıq.
***
Başında olsa əgər qara fikirlər,
İblis öncə fikirlə bil ki, çəkişər.
***
Atını sürmə daim dördnala, qıvraq,
Bir gün özün alarsan o atdan şıllaq.
***
İmdadı diləyəndə vaxtında etsən,
Sonradan göz yaşını lazım bilməzsən.
***
Qapını düşmənin də örtmə üzünə,
Gülərək qapını aç, bax gözlərinə.
***
Etdiyini bilməsə bir nadan hərgah,
Arxayın ol, hər şeyi görür tək Allah.
***
İşi çözərkən dözümü tap özündə,
Var-dövlət heç nə olsun sənin gözündə.
***
Tarimar saraylar da sıçan yuvası,
Sən xeyirli bir iş gör, odur qalası.
***
At pisliyi, qəlbində tik eşq qalası,
Etdiyin pislik sənə bir baş bəlası.
***
Dərdin olsa gözündən sel-sular axar,
Dərdlilər özünə bab axtarıb tapar.
***
Şad günlərin olarsa ömrünə bəzək,
Dərdli günlərdə gərək göz yaşı tökək?.
***
Ağlayaram mən özüm hamıdam lap çox,
Xeyrini bu günədək heç görmədim, yox.
***
Özgədən yuxarıya çıxmaq istəsən?
Yanında duranı heç itələmə sən.
***
Öz xeyrin üçün əzmə balaca cücü,
Gör ki, niyə edildi o ayı bürçü?


