7.05.2026

"Botlardan kənar düşünün: Süni İntellektin beyninizi 'muma döndərməsinin' (tənbəlləşdirməsinin) qarşısını necə almalı"

"GPS istiqamət hissimizi korladı. Axtarış sistemləri yaddaşımızı zəiflədir. Alimlər xəbərdarlıq edir ki, süni intellekt yaradıcılıqdan tutmuş tənqidi təfəkkürə qədər hər şeyə eyni təsiri göstərə bilər."

Pressline.az "İllər əvvəl özümü süni intellektdən mümkün qədər tez-tez istifadə etməyə məcbur etdim. Əgər bu barədə yazacaqdımsa, texnologiyadan da istifadə etməli idim. Lakin son bir il ərzində ortaya çıxan bir sıra tədqiqatlar məni narahat edir – bu prosesdə beynimə zərər verirəmmi?Bu tədqiqatlar göstərir ki, ChatGPT kimi alətlərə çox arxalanan insanlarda yaradıcılıq, diqqət müddəti, tənqidi təfəkkür, yaddaş və s. ilə bağlı problemlər yarana bilər. Digər tədqiqatlar isə süni intellekt istifadəçilərinin təfəkkürü itiləyən "koqnitiv sürtünmədən" (zehni zəhmətdən) imtina edə biləcəyi və cəmiyyət olaraq daha az orijinal ideyalar ortaya qoya biləcəyimizlə bağlı narahatlıqları artırır. Lakin bununla bağlı elm tamamilə yenidir və cavablarımız yoxdur. Bəs narahat olmalıyıq?ABŞ-dakı Corctaun Universitetinin neyroelm professoru və Relasion Koqnitiv Laboratoriyasının direktoru Adam Qrin deyir: "Yüksək səviyyədə, bəli". Burada çoxlu nüanslar var, lakin süni intellekt əvvəllər zehni zəhmət tələb edən işləri görəcək. "Əgər əsl düşünmə işini o qədər də çox etmirsinizsə, o zaman bu cür düşünmə qabiliyyətinizin atrofiyaya uğrayacağına (zəifləyəcəyinə) dair kifayət qədər sübut var."

Xəbər lenti