9.05.2026

Kamçatkada güclü zəlzələ oldu

 

Rusiyanın Kamçatka bölgəsinin akvatoriyasında 5.8 maqnitudalı zəlzələ qeydə alınıb.


Pressline.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.


Mərkəzin məlumatına görə, yeraltı təkanların episentri Petropavlovsk-Kamçatskdan 1 428 kilometr şərqdə yerləşib.


Zəlzələ ocağı 26 kilometr dərinlikdə olub.


Xəbər lenti