İlham Əliyevdən Trampa məktub
Azərbaycan Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampı təbrik edib.
Pressline.az xəbər verir ki, məktubda deyilir:
“Hörmətli cənab Prezident,
Əlamətdar tarix – Amerika Birləşmiş Ştatlarının müstəqilliyinin 250-ci ildönümü münasibətilə Sizi və Sizin simanızda dost Amerika xalqını öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik etməkdən və ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.
Azadlıq uğrunda mübarizənin, yenilməz iradənin və demokratiyanın rəmzinə çevrilmiş İstiqlaliyyət Bəyannaməsinin iki yüz əlli il əvvəl 4 iyul tarixində imzalanması ilə müstəqilliyini elan etmiş Amerika Birləşmiş Ştatları təkcə yerləşdiyi qitədə deyil, bütövlükdə dünyada yeni nizamın qurulmasına təkan verdi. Ötən dövr ərzində şanlı inkişaf yolu keçmiş Birləşmiş Ştatlar bu gün qlobal arenada hər bir cəhətdən güclü və qüdrətli dövlətdir. Hazırda Sizin əzmlə və qətiyyətlə həyata keçirdiyiniz siyasət sayəsində ölkənizin əldə etdiyi möhtəşəm nailiyyətlərin sayı artır, beynəlxalq aləmdə liderliyi, etibarı və yüksək nüfuzu daha da möhkəmlənir.
Son dövrdə Azərbaycan-Birləşmiş Ştatları münasibətlərinin yüksələn xətlə və uğurla inkişaf etməsi məmnunluq doğurur. Biz iki ölkə arasında təşəkkül tapmış strateji tərəfdaşlıq münasibətlərini yüksək qiymətləndirir, dövlətlərarası əlaqələrimizin güclənməsinə daim verdiyiniz böyük önəmə və dəstəyə görə Sizə minnətdarlığımızı bildiririk. Fevral ayında imzalanan və münasibətlərimizi keyfiyyətcə yeni mərhələyə qaldıran Strateji Tərəfdaşlıq Xartiyasının iqtisadiyyat, enerji, bağlantılar, təhlükəsizlik kimi ənənəvi sahələrlə yanaşı, rəqəmsal transformasiya, süni intellekt və digər mühüm istiqamətlər üzrə tərəfdaşlığın inkişaf etdirilməsinə təkan verəcəyinə əminliyimi ifadə edirəm.
Biz Sizin Cənubi Qafqazda sülh gündəliyinin təşviqi və dayanıqlı inkişafın təmin edilməsi istiqamətində qətiyyətli səylərinizi də son dərəcə yüksək qiymətləndiririk. Keçən ilin avqustun 8-də Ağ Evdə Sizin təşəbbüsünüzlə baş tutmuş tarixi üçtərəfli görüşün nəticələri regionumuzda tamamilə yeni müsbət ab-hava və vəziyyət yaratdı. Artıq Azərbaycan ilə Ermənistan sülh şəraitində yaşayır və ticarət münasibətləri qururlar. Eyni zamanda regionda sabitliyə və rifaha xidmət edən infrastruktur layihələrinin, xüsusilə də Asiya ilə Avropa arasında alternativ, etibarlı və təhlükəsiz bağlantını təmin edəcək “Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu”nun reallaşmasına ölkənizin göstərdiyi davamlı dəstəyini xüsusi qeyd etmək istərdim.
Hörmətli cənab Prezident,
Biz Azərbaycan ilə Birləşmiş Ştatlar arasında böyük potensiala malik qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsinə xüsusi əhəmiyyət veririk. Əminəm ki, bu potensialdan və mövcud imkanlardan tam bəhrələnərək birgə səylərimizlə dövlətlərarası münasibətlərimizin möhkəmlənməsinə, strateji tərəfdaşlığımızın daha da dərinləşməsinə nail olacağıq.
Bu şanlı yubiley günündə bir daha Sizə ən səmimi təbriklərimi çatdırır, möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə müvəffəqiyyətlər və yeni-yeni nailiyyətlər, Amerika Birləşmiş Ştatlarının dost xalqına daim əmin-amanlıq, firavanlıq və rifah arzulayıram”.
Xəbər lenti
-
4.07.2026Ağdamda ata və iki azyaşlı övladı su anbarında batdı
-
4.07.2026Sabah dənizə getmək istəyənlərin NƏZƏRİNƏ
-
4.07.2026Araşdırma: Qarpızın faydaları və həddindən artıq istehlakının riskləri
-
4.07.2026Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
-
4.07.2026Azərbaycan alma ixracından gəlirini 15 %-ə yaxın artırıb
-
4.07.2026Laçına dolu düşüb - FAKTİKİ HAVA
-
4.07.2026"Qarabağ"a ŞAD XƏBƏR
-
4.07.2026Makronun təhlükəli oyunu: Fransa Hörmüzə girdi, İranla savaş riski artır
-
4.07.2026İstanbulun bir hissəsini su basdı
-
4.07.2026Zaur Kamal avtomobil qəzası keçirdib
-
4.07.2026Rusiya tutmuşuq deyir - Ukrayna təkzib edir
-
4.07.2026Ayaq göbələyinə qarşı təbii üsullar: Mütəxəssislər nələr tövsiyə edir?
-
4.07.2026Azərbaycanda zəlzələ olub
-
4.07.2026Ukrayna Rusiya paytaxtına kütləvi dron hücumu edib
-
4.07.2026Kənd Təsərrüfatı Nazirliyi: Abşeronda çəyirtkələrlə bağlı vəziyyət iqlim dəyişiklikləri ilə əlaqəlidir
-
4.07.20262026-cı ildə iqlim dəyişikliyinin təsirləri daha da güclənir
-
4.07.2026Ukrayna dayanmır: Sankt-Peterburqun da neft terminalı vuruldu
-
4.07.2026Qaradağda faciə: başına dəmir düşən kişi öldü
-
4.07.2026“Azeri Light” bahalaşdı
-
4.07.2026İlham Əliyevdən Trampa məktub
-
4.07.2026Bakı və Daşkənd parlamentlərarası dialoqun genişləndirilməsini hədəfləyir
-
4.07.2026Araşdırma: Evdəki toz düşündüyümüzdən daha maraqlıdır
-
4.07.2026Deputatdan pensiyalarla bağı mühüm izah
-
4.07.2026Şeyxülislam Allahşükür Paşazadə I Beynəlxalq İslam Forumunda iştirak edəcək
-
4.07.2026TƏCİLİ! Yasamalda evdə güclü partlayış - Ölən və yaralananlar var
-
4.07.2026Uşaqların inkişafını dəstəkləyən qadağa: Bu, məlumatdan məhrum etmək deyil, əksinə...
-
4.07.2026Anomal istilər dünyanı təhdid edir: Əsrlər boyu əmələ gələn buzlar 3 ayda yox olacaq
-
4.07.2026Azərbaycan ABŞ-ı təbrik etdi
-
4.07.2026Alimlər: Bürclərin insan xarakterinə təsiri elmi cəhətdən sübut olunmayıb
-
4.07.2026Türkiyənin yeni qərarı Azərbaycan iqtisadiyyatına necə təsir edəcək?
