Makronun təhlükəli oyunu: Fransa Hörmüzə girdi, İranla savaş riski artır
Yaxın Şərqdə gərginliyin davam etdiyi bir vaxtda Fransa Hörmüz boğazında təhlükəsiz gəmiçiliyin qorunması məqsədilə bölgəyə hərbi qüvvələr göndərib. Paris iki minaaxtaran gəmi, iki freqat və bir dəniz patrul təyyarəsinin Yaxın Şərqdə yerləşdirildiyini açıqlayıb. Fransa Prezidenti Emmanuel Macron bildirib ki, bu addım tərəfdaş ölkələrlə birlikdə Hörmüz boğazında naviqasiyanın təhlükəsizliyini təmin etmək və beynəlxalq gəmiçiliyin normal fəaliyyətini bərpa etmək məqsədi daşıyır. Eyni zamanda, Fransa regiondakı vəziyyətdən asılı olaraq hərbi mövcudluğunu tənzimləməyə davam edəcəyini vurğulayıb.
ABŞ-İran anlaşmasından sonra Fransanın aktivləşməsinin əsas səbəbi nədir? Hörmüz boğazında xarici hərbi iştirakın artması yeni gərginlik riskləri yarada bilərmi? İran bu qərara necə reaksiya verə bilər?
Pressline.az xəbər verir ki, mövzu ilə bağlı politoloq Elxan Şahinoğlu Musavat.com-a danışıb. Politoloq qeyd edib ki, Fransa hər zaman özünü Avropanın aparıcı dövlətlərindən biri hesab etdiyi üçün beynəlxalq məsələlərdə mümkün qədər aktiv rol oynamağa çalışır:
"Ancaq bu cəhdlər heç zaman uğurla nəticələnmir. Məsələn, bizim regionu götürsək, Fransanın burada göstərdiyi aktivlik əsasən Ermənistanın dəstəklənməsi üzərində qurulub. Lakin nəticədə itirən tərəf elə Fransa oldu. Çünki Cənubi Qafqazın aparıcı dövləti Azərbaycandır. Azərbaycanla münasibətləri Emmanuel Makronun siyasəti korladı. İndi Paris bu siyasəti korrektə etməyə çalışsa da, hələlik bunun ciddi nəticələri görünmür.
Digər məsələlərdə də Fransa özünü qlobal lider kimi təqdim etməyə çalışır. Yaxın Şərqdə proseslər sürətlə inkişaf edir. Əlbəttə, Fransa ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarına birbaşa qoşula bilməzdi, çünki bu, kifayət qədər riskli addım olardı. Bununla belə, fransız rəsmilər vaxtaşırı açıqlamalar verərək təhlükəsizliyin təmin olunmasında iştirak edə biləcəklərini bildirirdilər. İndi isə hərbi gəminin bölgəyə göndərilməsi məsələsi gündəmdədir".
Politoloqun fikrincə, burada əsas təhlükə ondan ibarətdir ki, əgər İran həmin hərbi gəmiyə zərbə endirərsə, Fransa avtomatik olaraq İranla birbaşa qarşıdurmanın tərəfinə çevrilə bilər:
"Buna görə də Fransada bu risklərin nə dərəcədə hesablanıb-hesablanmadığı hələ də məlum deyil. Deməli, bu təhlükə hələ də qalmaqdadır.
Livan məsələsində də Fransanın vasitəçilik səyləri gözlənilən nəticəni vermədi. Təxminən bir il əvvəl belə bir təsəvvür yaradılmışdı ki, Livan hakimiyyəti ilə müəyyən razılaşmalar əldə olunacaq, Hizbullahın təsiri zəiflədiləcək və İsraillə münasibətlərdə müəyyən sabitlik yaranacaq. Lakin Fransanın vasitəçiliyi burada da effekt vermədi. Hizbullah yenidən İsrail ərazisinə raket zərbələri endirdi, qarşıdurma yenidən alovlandı. Hazırda Fransa artıq bu məsələlərdə əvvəlki qədər fəal görünmür. Halbuki Emmanuel Makronun Beyruta səfəri də olmuşdu və Paris özünü proseslərin əsas iştirakçılarından biri kimi təqdim etməyə çalışırdı".
Elxan Şahinoğlu vurğulayıb ki, Fransanın uğursuzluq tendensiyası təkcə Makron dövrünə aid deyil:
"Ondan əvvəlki mərhələlərdə də, xüsusilə İkinci Dünya müharibəsindən sonrakı dövrdə Fransanın liderləri ölkələrinin beynəlxalq nüfuzunu artırmaq və qlobal proseslərdə daha çox söz sahibi olmaq üçün müxtəlif təşəbbüslərlə çıxış ediblər. Lakin bu siyasət hər zaman uğur gətirməyib. Bir sıra hallarda gözlənilən nəticələrin əksinə olaraq, Fransa yeni problemlərlə üzləşib və təsir imkanlarını itirib.
Bu gün bunun ən bariz nümunələrindən biri Afrika qitəsində müşahidə olunur. Vaxtilə Afrikada geniş siyasi, iqtisadi və hərbi təsir imkanlarına malik olan Fransa son illərdə bir çox ölkələrdə mövqelərini itirib. Faktiki olaraq, Fransa Afrika qitəsinin mühüm hissəsindən sıxışdırılıb çıxarılıb və əvvəlki təsir gücünü qoruyub saxlaya bilməyib". /Xalidə Gəray
-
12.06.2026Onlar Azərbaycanın imicinə zərbə vurmağa çalışır... -
21.05.2026Rok Xaokas: Fransa Yeni Kaledoniyaya münasibətdə siyasətinin müstəmləkə mahiyyətini gizlətmir -
9.05.2026Memarlıqda yeni ekoloji yanaşmalar gündəmdə: DEEA-da "Yaşıl şəhərlər”ə dair müzakirə keçirilib -
3.07.2026Sosial şəbəkələrdə nəzərdə tutulan tənzimləmə uşaqların psixi sağlamlığını qoruya bilər - RƏY -
13.05.2026Prezidentin Zəngilandan verdiyi mesajın hədəfi: Hansı qüvvələrə yönəlib?
Xəbər lenti
-
4.07.2026Ağdamda ata və iki azyaşlı övladı su anbarında batdı
-
4.07.2026Sabah dənizə getmək istəyənlərin NƏZƏRİNƏ
-
4.07.2026Araşdırma: Qarpızın faydaları və həddindən artıq istehlakının riskləri
-
4.07.2026Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
-
4.07.2026Azərbaycan alma ixracından gəlirini 15 %-ə yaxın artırıb
-
4.07.2026Laçına dolu düşüb - FAKTİKİ HAVA
-
4.07.2026"Qarabağ"a ŞAD XƏBƏR
-
4.07.2026Makronun təhlükəli oyunu: Fransa Hörmüzə girdi, İranla savaş riski artır
-
4.07.2026İstanbulun bir hissəsini su basdı
-
4.07.2026Zaur Kamal avtomobil qəzası keçirdib
-
4.07.2026Rusiya tutmuşuq deyir - Ukrayna təkzib edir
-
4.07.2026Ayaq göbələyinə qarşı təbii üsullar: Mütəxəssislər nələr tövsiyə edir?
-
4.07.2026Azərbaycanda zəlzələ olub
-
4.07.2026Ukrayna Rusiya paytaxtına kütləvi dron hücumu edib
-
4.07.2026Kənd Təsərrüfatı Nazirliyi: Abşeronda çəyirtkələrlə bağlı vəziyyət iqlim dəyişiklikləri ilə əlaqəlidir
-
4.07.20262026-cı ildə iqlim dəyişikliyinin təsirləri daha da güclənir
-
4.07.2026Ukrayna dayanmır: Sankt-Peterburqun da neft terminalı vuruldu
-
4.07.2026Qaradağda faciə: başına dəmir düşən kişi öldü
-
4.07.2026“Azeri Light” bahalaşdı
-
4.07.2026İlham Əliyevdən Trampa məktub
-
4.07.2026Bakı və Daşkənd parlamentlərarası dialoqun genişləndirilməsini hədəfləyir
-
4.07.2026Araşdırma: Evdəki toz düşündüyümüzdən daha maraqlıdır
-
4.07.2026Deputatdan pensiyalarla bağı mühüm izah
-
4.07.2026Şeyxülislam Allahşükür Paşazadə I Beynəlxalq İslam Forumunda iştirak edəcək
-
4.07.2026TƏCİLİ! Yasamalda evdə güclü partlayış - Ölən və yaralananlar var
-
4.07.2026Uşaqların inkişafını dəstəkləyən qadağa: Bu, məlumatdan məhrum etmək deyil, əksinə...
-
4.07.2026Anomal istilər dünyanı təhdid edir: Əsrlər boyu əmələ gələn buzlar 3 ayda yox olacaq
-
4.07.2026Azərbaycan ABŞ-ı təbrik etdi
-
4.07.2026Alimlər: Bürclərin insan xarakterinə təsiri elmi cəhətdən sübut olunmayıb
-
4.07.2026Türkiyənin yeni qərarı Azərbaycan iqtisadiyyatına necə təsir edəcək?
