Sosial şəbəkələrdə nəzərdə tutulan tənzimləmə uşaqların psixi sağlamlığını qoruya bilər - RƏY
Azərbaycanda sosial şəbəkələrlə bağlı qanunvericilikdə nəzərdə tutulan dəyişikliklər əsasən qoruyucu məqsəd daşıyır və əsas hədəfi uşaqları rəqəmsal mühitin potensial təhlükələrindən qorumaqdır.
Pressline.az xəbər verir ki, bunu psixoloq, EMDR (Göz Hərəkətləri ilə Desensitizasiya və Yenidən Emal) terapevt Nərgiz Hüseynova deyib.
Onun sözlərinə görə, sosial mediada bu cür tənzimləmələrin psixoloji baxımdan həm müsbət nəticələri, həm də düzgün tətbiq olunmadığı halda müəyyən riskləri ola bilər:
"Xüsusilə, 10-16 yaş dövrü beynin inkişafı baxımından ən həssas mərhələlərdən biridir. Bu yaşlarda beynin qərarvermə, impulsların idarə olunması, diqqət və emosiyaların tənzimlənməsi ilə bağlı sahələri hələ tam formalaşmır. Eyni zamanda, yeniyetmələrin sosial təsirlərə həssaslığı daha yüksək olur. Buna görə də sosial şəbəkələrin mənfi təsirlərindən qorunmaq uşaqların psixi sağlamlığı üçün faydalı ola bilər. Məsələn, sosial şəbəkələrdə başqalarının həyatı ilə davamlı müqayisə aparmaq uşaqlarda aşağı özgüvən, özündən narazılıq və özünə inamsızlıq yarada bilər. Onlar sosial mediada təqdim olunan həyat tərzini reallıq kimi qəbul etdikdə özlərinin uğursuz və ya kifayət qədər yaxşı olmadıqlarını düşünə bilərlər. Bu isə emosional gərginliyin artmasına, bədən görüntüsü ilə bağlı narahatlıqlara və özünüdəyərləndirmənin zəifləməsinə səbəb olur".
Psixoloq qeyd edib ki, kiberbullinqə məruz qalmaq, yaşlarına uyğun olmayan məzmunla qarşılaşmaq və ya müxtəlif platformalara, o cümlədən mərc və qumar xarakterli saytlara maraq göstərmək kimi risklər də mövcuddur:
"Rəqəmsal mühitdə uşaqlar bəzən manipulyativ məzmunun, zorakılığı təşviq edən paylaşımların və müxtəlif təhlükəli çağırışların təsiri altına düşə bilirlər. Bu baxımdan, tənzimləmə uşaqları həmin təhlükələrdən qoruyan bir mexanizm rolunu oynaya bilər və onların psixi sağlamlığına müsbət təsir göstərər. Eyni zamanda, sosial şəbəkələrə sərf olunan vaxtın azalması uşaqların real həyatda ünsiyyətə, təhsilə, idmana və yaradıcılıq fəaliyyətlərinə daha çox vaxt ayırmasına şərait yarada bilər. Bu isə onların sosial bacarıqlarının inkişafına, ailə üzvləri və dostları ilə canlı ünsiyyətinin güclənməsinə, özünəinamın artmasına, diqqətin yaxşılaşmasına və emosional sabitliyin formalaşmasına kömək edə bilər. Rəqəmsal ekran qarşısında keçirilən vaxtın azalması yuxu keyfiyyətinə və ümumi psixoloji rifaha da müsbət təsir göstərə bilər".
N.Hüseynova vurğulayıb ki, 16-18 yaş arasında isə valideyn nəzarəti ilə sosial şəbəkələrdən istifadə uşaqların rəqəmsal mühitə daha məsuliyyətli və tədricən uyğunlaşmasına, yetkinləşmə prosesini daha sağlam şəkildə keçməsinə dəstək verə bilər:
"Bu yaş dövründə gənclərə tam sərbəstlik vermək əvəzinə, valideyn nəzarəti altında mərhələli şəkildə rəqəmsal mühitdən istifadə etmələri gələcəkdə daha sağlam rəqəmsal davranış vərdişlərinin formalaşmasına kömək edə bilər. Digər tərəfdən, belə qadağaların müəyyən psixoloji riskləri də nəzərə alınmalıdır. Yeniyetməlik dövrü müstəqillik hissinin formalaşdığı, sərhədlərin yoxlanıldığı və bəzən etiraz davranışlarının müşahidə edildiyi bir mərhələdir. Bu səbəbdən sərt qadağalar bəzi uşaqlarda "üsyan effekti" yarada bilər. Xüsusilə, valideyn-övlad münasibətləri əvvəlcədən sağlam qurulmayıbsa, qarşılıqlı etimad zəifdirsə və ünsiyyət problemləri mövcuddursa, yeniyetmə bunu nəzarət və ya təzyiq kimi qəbul edə bilər".
Terapevt bildirilib ki, belə hallarda uşaqlar sosial şəbəkələrə gizli yollarla daxil olmağa cəhd göstərə, müxtəlif texniki vasitələrdən istifadə edərək qadağaları aşmağa çalışa bilərlər:
"Bu isə valideynlə övlad arasında güvən problemlərinin yaranmasına, qarşılıqlı stressin artmasına və ailədaxili gərginliyə səbəb ola bilər. Tənzimləmələrin izah edilmədən tətbiq olunması bəzi yeniyetmələrdə narazılıq və aqressiv reaksiyalar da formalaşdıra bilər. Bundan başqa, sosial mühitdə bütün yaşıdlarının istifadə etdiyi platformalara daxil ola bilməyən uşaqlar müəyyən hallarda sosial izolyasiya hiss edə bilərlər. Onlar dostlarının müzakirə etdiyi mövzulardan kənarda qaldıqlarını düşünə, sosial qruplara aidiyyət hissində zəifləmə yaşaya bilərlər. Bu baxımdan, qadağalar tətbiq edilərkən uşağın sosial ehtiyacları da nəzərə alınmalıdır".
Psixoloq uşaqların yetkinlik yaşına çatdıqdan sonra sosial mediadan azad istifadəsinin nəticələrindən də danışıb.
"Yetkinlik yaşına çatdıqdan sonra sosial mediaya birdən-birə tam sərbəst giriş imkanı əldə etmələri də müəyyən risklər yarada bilər. Əgər bu mərhələyə qədər uşaqda rəqəmsal savadlılıq, özünənəzarət və vaxtın idarə olunması bacarıqları formalaşdırılmayıbsa, anidən əldə olunan sərbəstlik sosial media asılılığını daha da gücləndirə bilər. Hazırlıq prosesi kifayət qədər aparılmazsa, onların öz davranışlarını idarə etmək bacarıqları zəifləyə bilər. Eyni zamanda, bu proses yalnız qadağalarla məhdudlaşmamalıdır. Valideyn-övlad münasibətlərinin sağlam şəkildə qurulması bu siyasətin uğurlu olmasının əsas şərtlərindən biridir. Ailədə açıq dialoqların qurulması, uşağın fikirlərinin dinlənilməsi, birlikdə oyunların oynanılması, ortaq fəaliyyətlərin təşkili və qarşılıqlı etimadın gücləndirilməsi uşağın psixoloji inkişafına müsbət təsir göstərir. Valideyn nəzarəti cəzalandırıcı deyil, istiqamətləndirici və dəstəkləyici xarakter daşıdıqda uşağın məsuliyyət hissi də artır", - o əlavə edib.
N.Hüseynova onu da deyib ki, qanunvericilikdə nəzərdə tutulan qadağalar tətbiq ediləcəksə, paralel olaraq hazırlıq mexanizmləri də qurulmalıdır:
"Sözügedən yaş aralığında sosial şəbəkələrdən nəzarətsiz istifadə uşağın psixoloji inkişafına, emosional sabitliyinə və beyin inkişafına mənfi təsir göstərə bilər. Lakin qanunvericilikdə nəzərdə tutulan qadağalar tətbiq ediləcəksə, paralel olaraq hazırlıq mexanizmləri də qurulmalıdır. Valideynlə uşaq arasında düzgün ünsiyyət qaydalarının təbliği, məktəblərdə rəqəmsal savadlılıq proqramlarının həyata keçirilməsi, psixoloq məsləhətlərinin əlçatan olması və valideynlərin maarifləndirilməsi bu prosesin uğurlu nəticə verməsində mühüm rol oynayacaq. Belə olduqda həm uşaqların təhlükəsizliyi təmin edilə, həm də onların sağlam psixoloji və sosial inkişafı dəstəklənə bilər".
-
9.05.2026Memarlıqda yeni ekoloji yanaşmalar gündəmdə: DEEA-da "Yaşıl şəhərlər”ə dair müzakirə keçirilib -
19.06.2026Göz zəifliyi uşaqlara keçə bilərmi? – Oftalmoloq açıqladı -
30.06.2026Azyaşlıların sosial şəbəkələrdə qeydiyyatı belə tənzimlənəcək -
16.03.2026Prezident 2 Fərman İMZALADI -
9.04.2026Naxçıvanın Nazirlər Kabinetinə yeni səlahiyyət verilib
Xəbər lenti
-
3.07.2026Kitabın yaranması insanlıq tarixini necə dəyişdi?
-
3.07.2026Ətin qiyməti ilə bağlı ŞAD XƏBƏR
-
3.07.2026Magistraturaya xüsusi qabiliyyət imtahanları üçün qeydiyyat başladı
-
3.07.2026Kağız kimi qatlanan günəş paneli hazırlanıb
-
3.07.2026Evində yıxılandan 4 gün sonra öldü
-
3.07.2026Prezident vacib fərman imzaladı
-
3.07.2026Hikmət Hacıyev Ceffri Saksla görüşdü
-
3.07.2026Sosial şəbəkələrdə nəzərdə tutulan tənzimləmə uşaqların psixi sağlamlığını qoruya bilər - RƏY
-
3.07.2026Saç tökülməsinin əsas səbəbləri...
-
3.07.2026“Nar” Gəncədə tələbələr üçün marketinq və karyera təlimləri təşkil edib
-
3.07.2026“AzerGold” ilk dəfə yerli bazara gümüş külçələr təqdim edib
-
3.07.2026Günəşdə dərinin qaralmasının faydaları və zərərləri
-
3.07.2026TƏCİLİ! Rusiya Polşaya qarşı hərəkətə keçir - ABŞ də təsdiqlədi
-
3.07.2026İtkin-şəhid Dəyanət Musayev dəfn edilib - YENİLƏNİB
-
3.07.2026Azərbaycanda yarımildə 41 mindən çox uşağa görə birdəfəlik müavinət təyin edilib
-
3.07.2026İsti havada beynimiz niyə daha tez yorulur?
-
3.07.2026Xarkovda raket zərbəsi nəticəsində ölən azərbaycanlı tələbə Kürdəmirdə dəfn edilib
-
3.07.2026İcbari tibbi sığorta şəhadətnaməsi elektron formata keçiriləcək
-
3.07.2026İngiltərədə qadağan olundu, Azərbaycanda da edilə bilər?
-
3.07.2026Azərbaycan nefti UCUZLAŞDI
-
3.07.2026Jurnalistin oğurlanmış pulları özünə qaytarıldı
-
3.07.2026Kəmaləddin Heydərov generalı vəzifəsindən azad etdi - FOTO
-
3.07.2026Güclü zəlzələ oldu - Bu ölkədə
-
3.07.2026Dövlət Xidməti korrupsiya ilə mübarizəyə dair 2026-cı ilin II rübünü əks etdirən statistik məlumatları açıqlayıb
-
3.07.2026Qızılın qiyməti 4 000 dolları keçdi
-
3.07.2026Araşdırma: Hündür binalar insanlara necə təsir edir?
-
3.07.2026TBMM-dən tarixi qərar: 7 il xidmət edən hərbçilərə möhtəşəm imkan
-
3.07.2026Masallıda ağır qəza: 2 ölü, 2 yaralı - FOTO
-
3.07.2026Leyla Əliyevanın doğum günüdür
-
3.07.2026“Xarici mənbələrdən səhv tərcümə edilib” - Sertifikasiya suallarına etiraz
