3.07.2026

İtkin-şəhid Dəyanət Musayev dəfn edilib - YENİLƏNİB

 

Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən Dəyanət Musayev dəfn olunub.

Pressline.az xəbər verir ki, onun nəşinin qalıqları Ucar rayonunun Boyat kənd qəbiristanlığında dəfn olunub.

Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən Dəyanət Musayevlə vida mərasimi keçirilib.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, mərhumla vida mərasimi Ucar rayonunun Boyat kəndində olub.

Mərasimdə şəhidin ailə üzvləri, rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər, müharibə veteranları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Nəşin qalıqları vida mərasimindən sonra dəfn olunması üçün Boyat kənd qəbiristanlığına aparılacaq.

 

Xəbər lenti