Həbsdəki sabiq icra başçılarına azadlıq yolu
Hüquqşünas deyib ki, cəzası əhəmiyyətli dərəcədə azalmış sabiq icra başçılarının azadlığa çıxmaq imkanları yaranıb
Pressline.az: Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Qax Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat nəticəsində saxlanılan icra başçısı Musa Şəkiliyevin barəsində seçilmiş həbs-qətimkan tədbiri bu ilin fevralında 5 ay uzadılıb. İyulun 13-də bu qərarın müddəti başa şatır. Yada salaq ki, DTX ötən ilin iyununda Qax Rayon İcra Hakimiyyətində əməliyyat keçirib. Əməliyyat nəticəsində rayonun icra başçısı Musa Şəkiliyev saxlanılıb. O, qulluq mövqeyindən istifadə etməklə xüsusilə külli miqdarda dövlət əmlakını mənimsəmə cinayətində ittiham olunur. Ötən il iyunun 21-də Səbayel Rayon Məhkəməsində onun barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. 14 oktyabrda da həbs-qətimkan tədbiri 4 ay, bu ilin fevralında isə daha 5 ay uzadılıb.
Qeyd edək ki, hazırda həbsdə olan sabiq icra başçıları aşağıdakılardır:
İmişli rayonunun sabiq icra başçısı Vilyam Hacıyev 5 may 2020-ci ildə DTX tərəfindən saxlanılıb. Məhkəmənin hökmü ilə 12 il azadlıqdan məhrum edilib. Ötən il Ali Məhkəmədə onun kasasiya şikayətinə baxılıb. Qərara əsasən, V.Hacıyevin cəzası 12 ildən 8 il 6 aya endirilib.
Biləsuvar Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Mahir Quliyev 11 il həbs cəzası alıb. Ötən il Ali Məhkəmə eks-icra başçısının şikayətini qismən təmin edib. Qərara əsasən, M.Quliyevin cəzası 11 ildən 8 il 3 aya endirilib.
Neftçala Rayon İcra Hakimiyyətinin sabiq başçısı İsmayıl Vəliyev 10 il müddətində azadlıqdan məhrum edilib. 2024-cü ilin fevralında Ali Məhkəmədə keçirilən iclasda İsmayıl Vəliyevin cəzası 6 il 2 aya endirilib.
Cəlilabad Rayon İcra Hakimiyyətinin sabiq başçısı Namiq Zeynalova 12 il həbs cəzası verilib. 2023-cü ildə Şirvan Apelyasiya Məhkəməsində keçirilən iclasda Namiq Zeynalovun cəzası 11 il 9 aya endirilib.
Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədov 2021-ci ilin aprel ayında DTX tərəfindən həbs olunub. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Alimpaşa Məmmədov vəzifə səlahiyyətlərindən sui-istifadə etmədə, mənimsəmədə, rüşvət almaqda və cinayət yolu ilə əldə edilmiş dövlət vəsaitini leqallaşdırmaqda təqsirli bilinərək 11 il 6 ay müddətinə azadlıqdan məhrum olunub. Gəncə Apelyasiya Məhkəməsinin qərarı ilə Alimpaşa Məmmədovun cəzası bir il azaldılaraq cəzası 10 il 6 aya endirilib.
Yevlax Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Qoca Səmədov 7 il 3 ay həbs cəzasına məhkum edilib. 2023-cü ilin yanvar ayında Şəki Apelyasiya Məhkəməsinin qərarına əsasən, Q.Səmədovun cəzası 6 ilə endirilib. O, 2023-cü ilin iyul ayında azadlığa buraxılıb.
Kürdəmir Rayon İcra Hakimiyyətinin sabiq başçısı Ceyhun Cəfərov 2020-ci ilin avqustunda saxlanılıb. Məhkəmənin hökmü ilə 8 il 6 ay müddətində həbs cəzasına məhkum edilib. Sonradan Şirvan Apelyasiya Məhkəməsi sabiq başçının cəza müddətini 6 ilə endirib, daha sonra Ali Məhkəmə qərarı ilə bu müddət 4 il 6 aya qədər azaldılıb. 2025-ci ilin fevralında korrupsiya ittihamları ilə məhkum edilmiş Ceyhun Cəfərovun cəzaçəkmə müddəti başa çatıb. Eks-icra başçısı azadlığa çıxıb.
“Bakı” Hüquq Şirkətinin rəhbəri hüquqşünas Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, son illər korrupsiya ittihamı ilə məhkum olunmuş sabiq icra başçılarının cəzalarının müxtəlif instansiya məhkəmələrində azaldılması və bəzilərinin vaxtından əvvəl azadlığa çıxması ictimaiyyətdə suallar doğurur: “Hüquqi baxımdan əsas meyar məhkəmənin ilkin təyin etdiyi cəzanın həcmi deyil, son qüvvəyə minmiş hökm və həmin hökmün icrası zamanı yaranan hüquqi imkanlardır. Burada Azərbaycan Respublikasının Cinayət Məcəlləsi və cəza icrası qanunvericiliyində nəzərdə tutulan şərti olaraq vaxtından əvvəl azad edilmə institutunun xüsusi əhəmiyyəti var.
Əgər məhkum qanunla müəyyən edilmiş hissəni faktiki çəkibsə, cəzaçəkmə müəssisəsində müsbət xarakterizə olunursa, vurulmuş maddi zərərin ödənilməsi istiqamətində öhdəliklərini yerinə yetiribsə və məhkəmə onun islah olunduğu qənaətinə gəlirsə, həmin şəxs şərti olaraq vaxtından əvvəl azad edilə bilər. Bu hüquqi mexanizm yalnız sabiq icra başçılarına deyil, qanunun tələblərinə cavab verən bütün məhkumlara şamil olunur".
Natiq Ələsgərov deyib ki, bu baxımdan artıq cəzası əhəmiyyətli dərəcədə azalmış və uzun müddət cəza çəkmiş sabiq icra başçılarının azadlığa çıxmaq imkanlarının yaranması hüquqi baxımdan gözlənilən hal hesab edilə bilər: “Xüsusilə 2020-ci ildə həbs olunmuş və sonradan Ali Məhkəmə tərəfindən cəza müddəti azaldılmış şəxslər artıq cəzalarının böyük hissəsini çəkiblər. Əgər onların davranışı müsbət qiymətləndirilibsə və qanunun digər tələbləri yerinə yetirilibsə, məhkəmənin şərti olaraq vaxtından əvvəl azad etmə barədə qərar qəbul etməsi mümkündür.
Digər tərəfdən, uzunmüddətli cəzaya məhkum olunmuş və ya məhkəmə prosesi hələ yekunlaşmamış şəxslərin vəziyyəti tam fərqlidir. Barələrində hökm qanuni qüvvəyə minməyən şəxslər üçün şərti azad edilmə institutundan söhbət belə gedə bilməz. Eyni zamanda cəza müddəti 10-12 il olan və həmin müddətin qanunla tələb olunan hissəsini hələ çəkməmiş məhkumların yaxın vaxtlarda azadlığa buraxılması hüquqi baxımdan real görünmür".
Natiq Ələsgərov deyib ki, digər vacib məqam dövlətə vurulmuş ziyanın ödənilməsidir: “Korrupsiya və mənimsəmə cinayətlərində məhkəmələr məhz bu amilə xüsusi əhəmiyyət verirlər. Dövlətə dəymiş ziyanın tam ödənilməsi məhkumun islah olunmasının göstəricilərindən biri kimi qiymətləndirilə və onun barəsində daha yumşaq hüquqi nəticələrin tətbiqinə təsir göstərə bilər. Lakin bu, avtomatik azad olunmaq hüququ yaratmır. Son qərarı bütün halları birlikdə qiymətləndirən məhkəmə qəbul edir. Sabiq icra başçılarının cəzalarının azaldılması və ya vaxtından əvvəl azadlığa çıxmaları hər hansı fərdi güzəşt kimi qəbulu mübahisəlidir. Hər bir iş üzrə məhkəmə cəza müddətini, vurulmuş ziyanın ödənilməsini, məhkumun davranışını və qanunvericilikdə nəzərdə tutulan digər meyarları ayrıca qiymətləndirir. Məhz buna görə də eyni ittihamla mühakimə olunmuş müxtəlif şəxslərin azadlığa çıxma tarixləri də fərqli olur”.(“Yeni Müsavat")
-
23.04.2026Rəqsanə İsmayılova barəsindəki qərar dəyişdirildi -
4.05.2026Vüqar Məmmədovun saxlandığı istintaq təcridxanası dəyişdiriləcək - MƏHKƏMƏ -
16.06.2026Əli Kərimli ilə bağlı qərar verildi -
11.05.202640 işçi aylardır maaş ala bilmir... - AXI NİYƏ? -
20.04.202670 kq qızılla saxlanılan polkovnik-leytenantın – 7 il həbsi tələb edildi
Xəbər lenti
-
1.07.2026Azər Məmmədov Qobustanda vətəndaşları qəbul edəcək.
-
1.07.2026“Fərdi jurnalist müsabiqəsi”nin nəticələri açıqlandı – SİYAHI
-
1.07.2026Eyfel qülləsinin hündürlüyü artır – Səbəb
-
1.07.2026Bakıda çimərliklər boş qalıb...
-
1.07.2026Rusiyadan pul köçürmələrinə vergi tətbiqi təklif olunur
-
1.07.2026Sabiq rektor vəfat etdi - FOTO
-
1.07.2026Nəhəng daş heykəllərin sirri...
-
1.07.2026"İdrak" liseyindəki cinayətin bəzi təfərrüatı açıqlandı
-
1.07.2026Həbsdəki sabiq icra başçılarına azadlıq yolu
-
1.07.2026Yaponlar Azərbaycana vizasız gələcəklər, biz isə viza almalıyıq...
-
1.07.2026Azərbaycan Prezidenti Kanadanın General-Qubernatorunu təbrik edib
-
1.07.2026Antarktidada buzun altında həyat...
-
1.07.2026Onlar daha çox pul ödəyəcək
-
1.07.2026VƏTƏNDAŞLARA VACİB XƏBƏR - İyulun 6-dan dəyişir...
-
1.07.2026"BakıKart" bahalaşdı..
-
1.07.2026Bakıda boks üzrə İBA Çempionlar Gecəsi keçiriləcək
-
1.07.2026Bal niyə xarab olmur?
-
1.07.20269 tondan çox uşaq qidası geri qaytarıldı -SƏBƏB
-
1.07.2026Fransada prezident seçkiləri bu tarixdə keçiriləcək
-
1.07.2026Türkiyə və Suriya arasında mühüm müzakirə
-
1.07.2026YER KÜRƏSİ HƏR GÜN DƏYİŞİR
-
1.07.2026Azərbaycan nefti ucuzlaşdı
-
1.07.2026Elçibəyin mühafizə xidmətinin rəisinin oğlu vəfat etdi
-
1.07.2026Venesuelada zəlzələdə ölənlərin sayı 1943-ə çatıb
-
30.06.2026Prezident Fərman imzaladı
-
30.06.2026DİM imtahan nəticələrini açıqladı
-
30.06.2026Çində təhsil müəssisələrində süni intellekt məcburi fənn olacaq
-
30.06.2026Müharibədə yeni mərhələ: Zelenskinin 40 günlük planı
-
30.06.2026ABŞ-də rekord istilər: Fövqəladə plan işə salındı
-
30.06.2026Əli Əsədov qərar imzaladı

