1.07.2026

Eyfel qülləsinin hündürlüyü artır – Səbəb

 

Pressline.az xəbər verir ki, Fransada müşahidə olunan güclü istilər fonunda maraqlı fakt ortaya çıxıb. Mühəndis və memar Bertrand Lemoine-in RTL radiosuna verdiyi məlumata görə, hava temperaturu yüksəldikdə Eyfel qülləsinin hündürlüyü təxminən 10 santimetr artır.

Mütəxəssisin sözlərinə görə, bu, qüllənin hazırlandığı gölməçə dəmirinin istilik nəticəsində genişlənməsi ilə bağlıdır. Temperatur mənfi 10 dərəcədən müsbət 40 dərəcə Selsiyə qədər dəyişdikdə konstruksiya təxminən 10 santimetr uzanır. Bu dəyişiklik insan gözü ilə hiss olunmur.

Qeyd edək ki, hazırda Fransa da daxil olmaqla Avropanın bir sıra ölkələri güclü istilər dalğasının təsiri altındadır.

Xəbər lenti