MEDİA: Respondentlərin 93,6 faizi Prezidentin fəaliyyətini müsbət qiymətləndirib
Pressline.az Medianın İnkişafı Agentliyi 2026-cı ilin birinci yarısında Prezident İlham Əliyevin fəaliyyətinə ölkə vətəndaşlarının münasibətini öyrənmək, bu sahədə dinamika və tendensiyaları təhlil etmək məqsədilə ictimai rəy sorğusu keçirib.
Qurumdan verilən məlumata görə, sorğunun nəticələri Prezident İlham Əliyevin siyasi liderliyinə və strateji fəaliyyətinə ictimai dəstəyin yüksək səviyyədə olduğunu göstərib.
Sorğunun nəticələrinə əsasən, Prezident İlham Əliyevə respondentlərin etimad səviyyəsi ümumilikdə 87.7 faiz təşkil edir. Bu göstərici ölkədə hər 10 nəfərdən təxminən 9-nun Prezident İlham Əliyevə etimad etdiyini təsdiq edir.
Rəy sorğusunun nəticələrinə əsasən, respondentlərin 93.6 faizi Prezidentin fəaliyyətini müsbət qiymətləndirir.
Etimad və dəstəyin yüksək olduğunu təsdiq edən ən güclü indikatorlardan biri vətəndaşların seçki davranışlarıdır. Belə ki, Prezident seçkiləri növbəti bazar günü keçirilsə, rəyi soruşulanların böyük əksəriyyəti – 91,5 faizi seçkilərdə Prezident İlham Əliyevə səs verərdi.
Sorğu nəticələrinin təhlili Prezidentə olan yüksək inam və etimadın dövlət başçısının reputasiyası ilə bərabər, həm də dövlətin daxili sabitliyinin qorunması fonunda formalaşdığını göstərir. Bu mənada, Prezident ictimai rəydə ümummilli maraqlar çərçivəsində birləşdirici, sabitlik baxımından isə alternativsiz hesab edilir – respondentlərin 81.9 faizi Prezident İlham Əliyevi alternativsiz siyasi lider kimi qəbul edir. Bu yanaşma sorğuda iştirak edən bütün sosial-demoqrafik qruplar üzrə müşahidə olunur və ötən dövrlərlə müqayisədə bu göstəricidə artım dinamikası qeydə alınıb.
Qeyd edək ki, ictimai rəy sorğusu 20 may – 30 may 2026-cı il tarixlərində üzbəüz müsahibə üsulu ilə keçirilib. Sorğuda yaşı 18 və yuxarı olan 1210 respondent iştirak edib.
Respondentlərin cins, yaş qrupları, təhsil səviyyəsi və iqtisadi rayonlar üzrə bölgüsü rəsmi statistik göstəricilərə proporsional şəkildə müəyyənləşdirilib, əhali üzrə reprezentativlik təmin edilib. Xəta əmsalı +- 3 faizdir.
-
5.05.2026Azərbaycanda ən çox bazar payına malik smartfon markaları - SİYAHI -
2.04.2026Medianın ictimai rəyə təsir gücü nə qədərdir? -
7.05.2026Elşad Həsənov sakinlərin müraciətlərini həll etdi -
16.03.2026Prezident 2 Fərman İMZALADI -
6.06.2026Ermənistanda seçkidən sonra vətəndaş müharibəsi başlayacaq – SENSASİON DETALLAR
Xəbər lenti
-
1.07.2026Gürcüstanda azərbaycanlı qız öldürüldü - Foto
-
1.07.2026Göy qurşağı necə yaranır?
-
1.07.2026"Qarabağ" böyük hesabla uduzdu
-
1.07.2026Türkiyə tranzit haqqını artırdı
-
1.07.2026Dənizə getmək üçün hansı saatlar təhlükəsizdir? - Mütəxəssis AÇIQLADI
-
1.07.2026MEDİA: Respondentlərin 93,6 faizi Prezidentin fəaliyyətini müsbət qiymətləndirib
-
1.07.2026Rusiya istehsalı “Baltika” yenidən Azərbaycanda - Foto
-
1.07.2026Biləcəridə yanğın baş verib..
-
1.07.202653 yaşlı qadın göldə batıb..
-
1.07.2026Azər Məmmədov Qobustanda vətəndaşları qəbul edəcək.
-
1.07.2026“Fərdi jurnalist müsabiqəsi”nin nəticələri açıqlandı – SİYAHI
-
1.07.2026Eyfel qülləsinin hündürlüyü artır – Səbəb
-
1.07.2026Bakıda çimərliklər boş qalıb...
-
1.07.2026Rusiyadan pul köçürmələrinə vergi tətbiqi təklif olunur
-
1.07.2026Sabiq rektor vəfat etdi - FOTO
-
1.07.2026Nəhəng daş heykəllərin sirri...
-
1.07.2026"İdrak" liseyindəki cinayətin bəzi təfərrüatı açıqlandı
-
1.07.2026Həbsdəki sabiq icra başçılarına azadlıq yolu
-
1.07.2026Yaponlar Azərbaycana vizasız gələcəklər, biz isə viza almalıyıq...
-
1.07.2026Azərbaycan Prezidenti Kanadanın General-Qubernatorunu təbrik edib
-
1.07.2026Antarktidada buzun altında həyat...
-
1.07.2026Onlar daha çox pul ödəyəcək
-
1.07.2026VƏTƏNDAŞLARA VACİB XƏBƏR - İyulun 6-dan dəyişir...
-
1.07.2026"BakıKart" bahalaşdı..
-
1.07.2026Bakıda boks üzrə İBA Çempionlar Gecəsi keçiriləcək
-
1.07.2026Bal niyə xarab olmur?
-
1.07.20269 tondan çox uşaq qidası geri qaytarıldı -SƏBƏB
-
1.07.2026Fransada prezident seçkiləri bu tarixdə keçiriləcək
-
1.07.2026Türkiyə və Suriya arasında mühüm müzakirə
-
1.07.2026YER KÜRƏSİ HƏR GÜN DƏYİŞİR
