1.07.2026

Biləcəridə yanğın baş verib..

 

Bakı şəhərinin Binəqədi rayonu, Biləcəri qəsəbəsində yanğın baş verib.

Pressline.az xəbər verir ki, hadisə bu gün saat 15:00-da baş verib.

Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, qurumun "112" qaynar telefon xəttinə Biləcəri qəsəbəsində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Əraziyə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində məişət və taxta tullantıları yığılmış sahədə baş vermiş yanğın qısa müddətdə söndürülüb.

Xəbər lenti