Qərara əsasən, “Elektron icra” informasiya sistemi haqqında Əsasnamə”yə xüsusi icra məmurlarının fəaliyyətini tənzimləyən yeni bəndlər əlavə edilib. Yeni tənzimləmə ilə tələbkar tərəfindən birbaşa icraya yönəldilən sənədlər ümumi sistem qeydiyyatından istisna edilib və “İcra haqqında” Qanuna uyğunlaşdırılıb.
Dəyişikliklərlə sistem vasitəsilə təkcə dövlət icra məmurları deyil, həm də xüsusi icra məmurları tərəfindən icra sənədlərinin, habelə barəsində icra hərəkətləri həyata keçirilən əmlakın rəsmi uçotu aparılacaq. Eyni zamanda, icra icraatı ilə bağlı qərarlar, aktlar, protokollar və digər rəsmi sənədlər real vaxt rejimində informasiya sisteminə inteqrasiya olunacaq.
Sənədə əsasən, sənədlərin hazırlanması, göndərilməsi və proses zamanı bildirişlərin idarə olunması qaydaları həm dövlət, həm də xüsusi icra məmurlarının birgə fəaliyyətini əhatə edəcək.
