30.06.2026

Xərçənglə mübarizə aparan məşhur sevgilisi ilə 3.4 milyonluq yeni malikanəyə köçüb

Məşhur bloger Lerçek (Valeriya Çekalina) sevgilisi Luis Skviççiarini ilə birlikdə Novaya Riqadakı dəbdəbəli qəsəbədə yerləşən yeni evinə köçüb.

Pressline.az bildirir ki, "Super" "Telegram" kanalının özəl mənbələrə istinadən yaydığı məlumata görə, xüsusi dizaynla təmir edilmiş bu malikanə 23 sot torpaq sahəsində yerləşir. Ümumi sahəsi 659 kvadratmetr olan evdə hər birinin ayrıca sanitar qovşağı və qarderobu olan beş yataq otağı, panoramik pəncərəli və şöminəli geniş qonaq otağı, bilyard zalı, dörd fəsil istifadəyə yararlı terras və idman zalı mövcuddur. Həmçinin həyətdə qaraj, parkinq sahəsi və uşaq meydançası da var.

Bildirilir ki, bu mülk daha əvvəl 180 milyon rubla (təxminən 3 400 000 AZN) satışa çıxarılsa da, sonradan elan ləğv edilib; lakin blogerin evi satın aldığı, yoxsa kirayələdiyi hələlik məlum deyil. Bu köçdən əvvəl Lerçek ailəsi ilə birlikdə rəfiqəsinin təmənnasız verdiyi böyük evdə qalırdı. Digər tərəfdən, dördüncü dərəcəli mədə xərçəngi diaqnozu qoyulan Valeriya Çekalina kimyaterapiya kursu keçmək üçün xəstəxanaya yerləşdirilib. Vergidən yayınma işi üzrə ev dustaqlığı ləğv edilən bloger barəsində müəyyən fəaliyyətlərə qadağa qoyulub və onun internetdən istifadəsi yalnız klinikaların, uşaq bağçalarının və məhkəmələrin saytları ilə məhdudlaşdırılıb./32gun.az

Xəbər lenti