30.06.2026

Myanmada mədənin çökməsi nəticəsində 5 nəfər ölüb, 15 nəfər itkin düşüb

 

Myanmanın şimalında yerləşən Hpakant şəhərində nefrit mədəninin çökməsi nəticəsində 5 nəfər ölüb, 15 nəfər itkin düşüb.

Pressline.az xəbər verir ki, bu barədə "Xinhua" agentliyi yerli mediaya istinadən məlumat yayıb.

Hadisə Namtmo kəndi yaxınlığında nefrit hasilatı ərazisində baş verib.

Yerli hakimiyyət orqanları, könüllülərdən ibarət qruplar və qəsəbə sakinləri yağışlı hava şəraitinə və yeni torpaq sürüşməsi riskinə baxmayaraq xilasetmə əməliyyatları təşkil ediblər.

Xəbər lenti