30.06.2026

Bakıda bu yollar 3 günlük bağlanacaq

 Bakıda bu yollar bağlanacaq.

Pressline.az: AAYDA-dan Bakupost.az-a bildirilib ki, vətəndaşların rahat və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə paytaxtın iki yol sahəsində asfalt örtüyünün yenilənməsi ilə əlaqədar frezlənmə və asfaltlanma işləri aparılacaq.
Ərazilər və müddətlər: Hüseyn Cavid prospekti (Seyfəddin Dağlı küçəsindən Mikayıl Müşfiq küçəsinədək)
30 iyun 2026-cı il, saat 10:00-dan 03 iyul 2026-cı il, saat 07:00-dək. Bu müddət ərzində yolun frezlənməsi və yeni asfalt örtüyünün döşənməsi işləri həyata keçiriləcək.
Ayna Sultanova küçəsi (Hüseyn Cavid prospektindən Mətbuat prospektinədək)
01 iyul 2026-cı il, saat 08:00-dan 06 iyul 2026-cı il, saat 08:00-dək
Bu müddət ərzində yolun asfalt örtüyünün yenilənməsi işləri aparılacaq.
Sürücülərdən xahiş olunur ki, qeyd olunan tarixlərdə həmin ərazilərdə hərəkətin qismən məhdudlaşdırılacağını nəzərə alsınlar, mümkün olduqda alternativ marşrutlardan istifadə etsinlər, müvəqqəti yol nişanlarının və hərəkətin tənzimlənməsini həyata keçirən əməkdaşların göstərişlərinə əməl etsinlər.
Yarana biləcək müvəqqəti narahatlığa görə sürücülərdən və sakinlərdən anlayış göstərmələri

Xəbər lenti