Virtual qumarın cəzası ağırlaşdı
Qumar oyunlarının təkrar keçirilməsi üçün yer təşkil etmə və ya saxlamanı virtual formada sosial şəbəkə platformalarından istifadə etməklə törədənlər 4 ilədək azadlıqdan məhrum olacaq.
Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Cinayət Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, qumar oyunlarının keçirilməsi üçün yer təşkil etmə və ya saxlama təkrar virtual formada, o cümlədən internet şəbəkəsindən, mobil rabitə şəbəkəsindən, sosial şəbəkə platformalarından, digər elektron rabitə vasitələrindən, habelə internet və mobil telekommunikasiya tətbiqlərindən və ya digər texnologiyalara əsaslanan platformalardan istifadə edilməklə törədildikdə cinayət nəticəsində əldə edilmiş gəlirin iki mislinədək miqdarda cərimə edilməklə iki ildən dörd ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
Qüvvədə olan Cinayət Məcəlləsinə əsasən, qumar oyunlarının keçirilməsi üçün yer təşkil etmə və ya saxlama təkrar internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədildikdə on min manatdan on beş min manatadək miqdarda cərimə və ya iki ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Həmçinin, layihəyə əsasən, yetkinlik yaşına çatmayanların qumar oyunlarında iştirakına yol verməklə törədilməsinə görə də cəzalar sərtləşdirilir.
Belə ki, yetkinlik yaşına çatmayanların qumar oyunlarında iştirakına yol verməklə törədildikdə;
-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə;
- xeyli miqdarda gəlir əldə etməklə törədildikdə –
cinayət nəticəsində əldə edilmiş gəlirin iki mislinədək miqdarda cərimə edilməklə iki ildən dörd ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
Qüvvədə olan Məcəlləyə əsasən, yuxarıda nəzərdə tutulan əməllər on min manatdan on beş min manatadək miqdarda cərimə və ya iki ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib./ APA
-
17.03.2026Bu vəsaitdən təyinatı üzrə istifadə etməmək cinayət sayılacaq -
17.03.2026Süni intellektlə qanunsuz şəkillər hazırlayanlar 5 ilədək həbs ediləcək -
12.06.2026Bu barədə yalan məlumat verənlər cərimələnəcək - Yenilənib -
23.06.2026Azərbaycanda hansı hallarda saytlara giriş məhdudlaşdırıla bilər? -
12.06.2026Yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarının fəaliyyəti ilə bağlı tələblərin pozulmasına görə cərimələr müəyyənləşir
Xəbər lenti
-
30.06.2026Yann Sommer "İnter"dən getdi
-
30.06.2026Göyçayda maşın kanala düşdü
-
30.06.2026Məktəblərdə telefondan istifadə qadağan edildi – Qərar
-
30.06.2026Yeni binadan ev və ya obyekt alanların diqqətinə - Ali Məhkəmədən yeni qərar
-
30.06.2026Ukraynanın dron alması üçün vəsait ödəndi
-
30.06.2026Bu tarixdə yerə çırpıla bilər: Ən təhlükəli asteroidlə bağlı xəbərdarlıq
-
30.06.2026Virtual qumarın cəzası ağırlaşdı
-
30.06.2026Ucuz avtomobillər satışa çıxarılır: Qiymət 1000 manatdan başlayır - TAM SİYAHI
-
30.06.2026İyulun ilk gününə olan hava proqnozu açıqlanıb-PROQNOZ
-
30.06.2026Bakıda bu yollar 3 günlük bağlanacaq
-
30.06.2026Azyaşlıların sosial şəbəkələrdə qeydiyyatı belə tənzimlənəcək
-
30.06.2026Xərçənglə mübarizə aparan məşhur sevgilisi ilə 3.4 milyonluq yeni malikanəyə köçüb
-
30.06.2026Daha 6 itkin-şəhidin nəşi ailəsinə təhvil veriləcək
-
30.06.2026Qızılın qiyməti 2008-ci ildən bəri ən böyük aylıq geriləmə nümayiş etdirməyə hazırlaşır
-
30.06.202616 yaşlı qız yuxu gördü, anasını öldürdü
-
30.06.20261588-ci gün: Rusiyanın itkiləri yeniləndi
-
30.06.2026Myanmada mədənin çökməsi nəticəsində 5 nəfər ölüb, 15 nəfər itkin düşüb
-
30.06.20262000 manatdan çox maaş alan müəllimlərin sayı MƏLUM OLDU
-
30.06.2026Sodayla ağ saçlardan qurtulmağın yolu
-
30.06.2026Azərbaycan nefti bahalaşdı
-
30.06.2026Tələbələrin yerdəyişməsi üzrə sənəd qəbuluna başlanılır
-
30.06.2026“Amerika bunu etsə, biz də öhdəliklərimizi yerinə yetirəcəyik”
-
30.06.2026"Avrosof"un 40 minlik borcu aşkarlandı
-
30.06.202623 yaşlı azərbaycanlı Polşada faciəli şəkildə öldü
-
30.06.2026Vladimir Putinlə görüş baş tutacaq — Paşinyan
-
30.06.2026Almaniyada ana və uşaq sığınacağına silahlı hücumda 6 nəfəri öldürülüb
-
29.06.2026"Nəriman Nərimanov" metrosu ətrafında bu obyektlər sökülür
-
29.06.2026Bu rayonlarda külək əsəcək- XƏBƏRDARLIQ
-
29.06.2026Ramil Şeydayev Rusiya klubuna keçə bilər
-
29.06.2026Bu gündəlik vərdişlər orqanlara ciddi zərər verə bilər - SİYAHI
