Qızılın qiyməti 2008-ci ildən bəri ən böyük aylıq geriləmə nümayiş etdirməyə hazırlaşır
Əmtəə birjalarında qızılın qiyməti itkilərini davam etdirir və 2008-ci ilin oktyabr ayından bəri ən böyük aylıq geriləmə nümayiş etdirməyə hazırlaşır.
Pressline.az xəbər verir ki, qızılın qiymətindəki aylıq itki təxminən 13 faizə çatır. Əgər bu itiklər gün ərzində davam edərsə bu, qızılın qiymətində ardıcıl 4-cü aylıq geriləmə olacaq. Hazırda Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası 3990-4020 dollar civarındadır.
Bundan başqa, ABŞ-İran müharibəsi səbəbindən enerji qiymətlərinin artmasının inflyasiya və faiz dərəcələrinin artacağı ilə bağlı gözləntiləri gücləndirməsi fonunda qızılın qiymətində 2024-cü ildən bəri ilk, 2013-cü ilin ikinci rübündən indiyədək isə ən böyük rüblük geriləmə qeydə alınması gözlənilir.
Analitiklərin fikrincə, qızılın qiyməti Yaxın Şərqdəki qeyri-müəyyənliyin azalması və ABŞ-də yüksək inflyasiyanı aşağı səviyyədə saxlamaq üçün uçot dərəcəsinin artırılmağa davam edəcəyi ilə bağlı gözləntilərin güclənməsi fonunda ucuzlaşır. Artan inflyasiya göstəricisi, yüksək faiz dərəcəsi ilə bağlı gözləntilər, eləcə də dolların dəyər qazanması qızılı dəstəkləyən bütün müsbət amilləri üstələyir. İnflyasiyaya qarşı hedcinq kimi qəbul edilən qızıl yüksək faiz dərəcələri mühitində faiz gəlirlərinin olmaması səbəbindən investorlar üçün cəlbediciliyini itirir. Dollar indeksi isə bir ildən çox müddət ərzində ən yüksək səviyyəsinə yüksəlib və bu da qızılı beynəlxalq alıcılar üçün daha bahalı edir.
Mütəxəssislər ilin ikinci yarısında qızılın qiymətinin 3500-4400 dollar arasında dəyişəcəyini proqnozlaşdırır. ABŞ-nin qabaqcıl investisiya banklarından olan “Goldman Sachs” və “Citigroup”un analitikləri isə qızılın bir troya unsiyasının qiymətinin 5000-5400 dollara yüksələcəyini proqnozlaşdırırdılar. Mərkəzi ofisi Avstraliyada yerləşən “ANZ Group Holdings” çoxmillətli bankçılıq və maliyyə xidmətləri şirkətinin analitiklərinə görə, qızılın qiyməti 2027-ci ilin ortalarına qədər 6000 dollara yüksələ bilər.
-
30.04.2026Əmtəə bazarlarında qızıl cüzi ucuzlaşıb, gümüş isə bahalaşıb -
2.05.2026Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb -
25.03.2026Prezident “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında - FOTOLAR -
25.05.2026Bakı nefti bu qiymətə oldu, enerji bazarı çalxalanır -
5.05.2026Azərbaycanda ən çox bazar payına malik smartfon markaları - SİYAHI
Xəbər lenti
-
30.06.2026Virtual qumarın cəzası ağırlaşdı
-
30.06.2026Ucuz avtomobillər satışa çıxarılır: Qiymət 1000 manatdan başlayır - TAM SİYAHI
-
30.06.2026İyulun ilk gününə olan hava proqnozu açıqlanıb-PROQNOZ
-
30.06.2026Bakıda bu yollar 3 günlük bağlanacaq
-
30.06.2026Azyaşlıların sosial şəbəkələrdə qeydiyyatı belə tənzimlənəcək
-
30.06.2026Xərçənglə mübarizə aparan məşhur sevgilisi ilə 3.4 milyonluq yeni malikanəyə köçüb
-
30.06.2026Daha 6 itkin-şəhidin nəşi ailəsinə təhvil veriləcək
-
30.06.2026Qızılın qiyməti 2008-ci ildən bəri ən böyük aylıq geriləmə nümayiş etdirməyə hazırlaşır
-
30.06.202616 yaşlı qız yuxu gördü, anasını öldürdü
-
30.06.20261588-ci gün: Rusiyanın itkiləri yeniləndi
-
30.06.2026Myanmada mədənin çökməsi nəticəsində 5 nəfər ölüb, 15 nəfər itkin düşüb
-
30.06.20262000 manatdan çox maaş alan müəllimlərin sayı MƏLUM OLDU
-
30.06.2026Sodayla ağ saçlardan qurtulmağın yolu
-
30.06.2026Azərbaycan nefti bahalaşdı
-
30.06.2026Tələbələrin yerdəyişməsi üzrə sənəd qəbuluna başlanılır
-
30.06.2026“Amerika bunu etsə, biz də öhdəliklərimizi yerinə yetirəcəyik”
-
30.06.2026"Avrosof"un 40 minlik borcu aşkarlandı
-
30.06.202623 yaşlı azərbaycanlı Polşada faciəli şəkildə öldü
-
30.06.2026Vladimir Putinlə görüş baş tutacaq — Paşinyan
-
30.06.2026Almaniyada ana və uşaq sığınacağına silahlı hücumda 6 nəfəri öldürülüb
-
29.06.2026"Nəriman Nərimanov" metrosu ətrafında bu obyektlər sökülür
-
29.06.2026Bu rayonlarda külək əsəcək- XƏBƏRDARLIQ
-
29.06.2026Ramil Şeydayev Rusiya klubuna keçə bilər
-
29.06.2026Bu gündəlik vərdişlər orqanlara ciddi zərər verə bilər - SİYAHI
-
29.06.2026"Demokratiya TV"nin rəhbəri həbs edildi
-
29.06.2026İyulun 1-də təbiət hadisəsi baş verəcək
-
29.06.2026ABŞ-də yeddiaylıq qızı güllələyən 10 yaşlı oğlan həbs edildi
-
29.06.202622 yaşlı reper haqda ölüm cəzası çıxarıldı
-
29.06.2026Kəşfiyyat şefi COVID-in sirrini açdı, konkret ad çəkdi - doktor Entoni Fauçi...
-
29.06.2026Yaponiyada yeni dişlərin çıxmasını hədəfləyən dərman sınaqdan keçirilir
