16-03-2026, 21:03

T Ə B R İ K E D İ R Ə M

Hörmətli Nizami bəy. Biz keçən əsrin 70-ci illərindən başlayaraq mənim uşaqlıqdan arzum olan Az TV-də bir yerdə çalışmışıq.Sizin yüksək mədəniyyətimiz, intellekt səviyyəniz,savadlı jurnalistlik qabiliyyətiniz məni həmişə özünə cəlb edib.Sizi həmişə izləmişəm və uğurlarınıza sevinmişəm. Uzun müddətli ayrılıqdan sonra, nəhayət ki, sosial şəbəkə bizi bir daha görüşürdü. Yenicə aldığım informasiyaya görə yeni sayt açmısız və o sayt rəsmi surətdə qeydiyyatdan keçib. Xahiş edirəm bu münasibətlə mənim sevincimin təzahürü olan səmimi təbrikini qəbul edəsiniz. Sizə can sağlığı, saytınıza isə sonsuz uğurlar arzulayıram.

Hörmətlə:  Eldost BAYRAM. Xalq artisti

Xəbər lenti