Polşada vəziyyət sabitləşir
Polşanın ədliyyə naziri Valdemar Jurek Konstitusiya Məhkəməsinin binası qarşısında baş verən hadisələrə münasibət bildirib.
Pressline.az TVN24-yə istinadla xəbər verir ki, prokurorluq və polisin vəziyyətin daha da gərginləşməsinin qarşısı alınıb.
“Faktiki olaraq Konstitusiya Məhkəməsinin binasına hücum edən şəxslər oradan çıxarıldı və ya özləri oranı tərk etdilər. Bu baxımdan vəziyyətin sabitləşdiyini demək olar”, – Jurek bildirib.
Nazir hakimlərin qərarlarının onun üçün inandırıcı olduğunu da qeyd edib. Onun sözlərinə görə, qanuni seçilmiş hakimlərin fəaliyyətə başlaması üçün hüquqi vasitələrdən istifadə edilməli idi.
“Ümumi iclasın keçirilməsini çox istərdim. Bu iclas büdcə məsələlərini, eləcə də, ola bilsin, toxunulmazlıq məsələlərini həll etməlidir”, – nazir əlavə edib.
Xatırlatma: Polşada Baş nazir Donald Tuskun öz hökumətində keçmiş nazir olmuş Maciej Bereki Konstitusiya Məhkəməsinə hakim təyin etməsi ilə bağlı gərginlik yaranıb. Bu qərardan sonra son həftələrdə məhkəmənin binası qarşısında mütəmadi etiraz aksiyaları keçirilir.








