6.05.2026

İraqda İrana müxalif olan qruplaşmanın qərargahı dronla vurulub

 

İraqın şimalında yerləşən İran hakimiyyətinə müxalif kürd qruplaşmasının mövqeləri pilotsuz uçuş aparatı ilə hədəfə alınıb.

Pressline.az xəbər verir ki, bu barədə "Al Hadath" telekanalı məlumat yayıb.

Məlumata görə, təhlükəsizlik mənbələrinin açıqlamasına əsasən, zərbə Komala qruplaşmasının Süleymaniyyə şəhəri yaxınlığındakı qərargahına endirilib.

Hadisə nəticəsində xəsarət alanlarla bağlı hələlik məlumat verilməyib.

Xəbər lenti