Abşeron rayonunda “17 İyun Tibb İşçilərinin Peşə Bayramı Günü” qeyd edilib
Pressline.az bildirir ki, Abşeron rayonunda “17 İyun Tibb İşçilərinin Peşə Bayramı Günü” qeyd edilib. Abşeron RİH-nin və rayon Mərkəzi Xəstəxanasının birgə təşlkilatçılığı ilə baş tutan tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısının müavini Gülnar Rəhimova, Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktoru Hacı İsmayılov, şəhid ailələri və səhiyyə işçiləri iştirak edib. İştirakçılar əvvəlcə Ulu Öndərin büstünün önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Tədbir Azərbaycan Dövlət Himninin səsləndirilməsi, Ümummilli Liderin və şəhidlərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnar Rəhimova çıxış edərək bildirib ki, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 2001-ci il iyunun 4-də imzaladığı Sərəncama əsasən hər il ölkəmizdə iyunun 17-i Tibb İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur. Ulu Öndərin bu sahəyə ayırdığı diqqət sahəsində Azərbaycan səhiyyəsi çox böyük inkişaf yolu keçib. Qeyd edilib ki, bu gün səhiyyə sahəsi də Ulu Öndərin siyasi kursunun davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində özünün yeni inkişaf mərhələsini yaşayır. Son illər yüzlərlə tibb müəssisəsinin tikilərək istifadəyə verilməsi, onların maddi-texniki bazasının gücləndirilməsi, yeni tibbi texnologiyaların ölkəmizə gətirilməsi, tətbiqi və həyata keçirilən islahatlar respublikamızda bu sahəyə dövlət tərəfindən böyük qayğının göstərilməsindən xəbər verir.
Bildirilib ki, səhiyyə sahəsində bir sıra dövlət proqramlarının reallaşdırılmasında respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun müstəsna xidmətləri vardır.
Sonra Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktoru Hacı Lətifov bildirib ki, müasir inkişaf stategiyası ümumilikdə tibbi xidmətin yeni tələblər səviyyəsinə qaldırılmasına çoxlu imkanlar yaradıb. Tibbi xidmətin hər kəs üçün əlçatanlığının təmin olunması həm də dövlət başçısı tərəfindən əhaliyə göstərilən yüksək qayğının bariz nümunəsidir.
Abşeron rayon Mərkəzi Xəstəxanasının baş həkimi Fərrux Sədirov da tibb sahəsinin özəlliklərindən, rayonda həyata keçirilən tibbi xidmətdən və müalicə prosesi haqqınbda ətraflı məlumat verib.
Daha sonra 17 iyun Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən fəaliyyətində fərqlənən tibb işçilərinə Fəxri Fərmanlar verilib.
-
2.06.2026Abşeronda Uşaqların Beynəlxalq Müdafiəsi Günü şəhid övladları ilə birgə qeyd edilib -
7.05.2026Xalqımızın xilaskarı – Heydər Əliyev -
13.06.2026Xətai rayonunda “15 iyun-Azərbaycan tarixində dönüş nöqtəsi” adlı möhtəşəm konsert proqramı təşkil edilib+VİDEO -
9.05.2026Prezident və xanımı Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər - FOTO -
9.05.2026Hərbi Prokurorluq Heydər Əliyevin 103 illiyinə həsr olunmuş tədbir keçirdi
Xəbər lenti
-
25.06.2026Bakıda "Range Rover" ağır qəza törətdi: ölən var
-
25.06.2026Vinisius Ançelottidən hədiyyə gözləyir
-
25.06.2026Aqşin Fatehin restoranı yenə bağlandı
-
25.06.2026Bakıdakı metro stansiyalardan birində lift olacaq
-
25.06.2026Ötən il 764 xarici diplom tanınmayıb - Rəsmi
-
25.06.2026Ötən gün 62 cinayətin üstü açılıb
-
25.06.2026Anar Bayramov daha üç xəstəxananın direktorunu işdən çıxardı
-
25.06.2026Türkiyədə binada yanğın: Ölənlər var
-
25.06.2026“AFB Bank”ın eks-filial müdiri 12 min “otkat” alıb
-
25.06.2026“AzerGold” QSC və onun törəmə şirkətlərinin 2025-ci ilin yekunlarına dair maliyyə nəticələri açıqlanıb
-
25.06.2026Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı mühüm xəbər: Tikinti bu tarixdə başlayır
-
25.06.2026Azərbaycanda hərbçilərin şəxsi jetonu olacaq
-
25.06.2026Ukrayna strateji bölgəni azad etdi
-
25.06.2026Təl-Əvivdən Moskvaya uçuşlar dayandırıldı
-
25.06.2026Həvəsinə görə məhkəməlik oldu - Bakıda gənc oğlanın ŞOK ƏMƏLİ
-
25.06.2026İyunun 26-da hava dəyişir: Yağış yağacaq, şimşək çaxacaq
-
25.06.2026Azərbaycan Suriyada 10 məktəbin yenidən inşasına, daha 100-nün bərpasına dəstək verəcək
-
25.06.2026Azərbaycanda məsafədən verilən istehlak kreditlərinə dair yeni tələblər müəyyənləşdirilib
-
25.06.2026II və III ixtisas qrupları üzrə 2-ci cəhd imtahanı bu tarixdə keçiriləcək
-
25.06.2026“Qarabağ”dan 2.7 milyonluq transfer - Artıq Bakıdadır
-
25.06.2026Azərbaycanın bank sektorunun aktivləri artıb
-
25.06.2026Metrodan istifadə edənlərin DİQQƏTİNƏ - Dəyişiklik olacaq
-
25.06.2026Ölü insanların kimliyindən istifadə edib milyonlar qazandılar
-
25.06.2026"Orta əsrlərdə yaşayırsınız" dedi, çimərlikdən qovuldu
-
25.06.2026TƏBİB rəhbəri daha üç xəstəxananın direktorunu işdən çıxardı
-
25.06.2026Xanımı ilə dalaşan Əməkdar artist özünü körpüdən atdı
-
25.06.2026Xanımı ilə dalaşan Əməkdar artist özünü körpüdən atdı
-
25.06.202660 yaşlı kişi mağazada öldü
-
25.06.2026Azərbaycanda yeni rüsum müəyyənləşir - 70 manat
-
25.06.2026Dollar almaq istəyənlərin nəzərinə
