media-ads-728x90
media-y8dfu4qezyvkg2ft9mtyfbznbqpmdshrdveid5ki_1793698155
media-ads-728x90

Gürcüstanda son günlər ərzində 101 əcnəbi ölkədən deportasiya edilib. Onların arasında Azərbaycan vətəndaşları da var.

Pressline.az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Deportasiya edilənlər arasında Azərbaycan, Ermənistan, Əlcəzair, Belarus, Misir, İordaniya, Hindistan, Keniya, Çin, Kuba, Nigeriya, Nepal, Pakistan, Rusiya, Türkiyə, Türkmənistan, Özbəkistan və Filippin vətəndaşları da olub.

Məlumata görə, deportasiya olunan şəxslərin Gürcüstana yenidən girişinə qadağa qoyulub.

Qeyd edək ki, Gürcüstanda qanunsuz miqrantlara qarşı mübarizə son dövrlər daha da gücləndirilib. Ölkə parlamenti miqrasiya qanunvericiliyini sərtləşdirərək deportasiya və miqrantların yoxlanılması prosedurlarını sadələşdirib.

Gürcüstan DİN-in məlumatına əsasən, ilin əvvəlindən indiyədək ölkədən 3,6 mindən çox qanunsuz miqrant deportasiya olunub.


media-ads-728x90

Bənzər xəbərlər