5 il sonra arvadının xəyanətini tutdu, 15 bıçaq zərbəsi ilə öldürdü
Türkiyədə 33 yaşlı kişi 5 il əvvəl boşandığı keçmiş həyat yoldaşı Şəfiqə Yeşildağı 15 bıçaq zərbəsi ilə qətlə yetirib.
Pressline.az yerli mediaya istinadən xəbər verir ki, hadisə Aksaray şəhərində qeydə alınıb.
33 yaşlı Osman O. beş il əvvəl boşandığı keçmiş həyat yoldaşı Şəfiqə Yeşildağı söhbət etmək bəhanəsi ilə evinə çağırıb. Bir müddət söhbət etdikdən sonra tərəflər arasında şəxsi məsələlərə görə mübahisə yaranıb. Mübahisə böyüdükdən sonra Osman O. bıçaqla keçmiş arvadının sinə nahiyəsinə 15 zərbə endirib. Ağır xəsarətlər alan qadın hadisə yerində həyatını itirib.
Hadisədən sonra evdən çıxan Osman O. atasının yaşadığı ünvana gedib. O, buradan polisə zəng edərək törətdiyi cinayət barədə məlumat verib.
Gələn polis əməkdaşları şübhəli şəxsi saxlayıblar. Şübhəli şəxs əməlindən peşman olmadığını bildirib.
“Heç bir şəkildə peşman deyiləm. Mənə xəyanət etdiyi üçün öldürdüm”– deyə Osman O. bildirib.








