media-ads-728x90
media-whatsapp-image-2026-10-20-at-20-19-58
media-ads-728x90

                        HİKMƏTLİ   BEYTLƏR                                                                                                                                                                                                                             

                 4 cildlik “ HİKMƏT  XƏZİNƏSİ”,   1- ci cild.

 

              

                                                                                       

      

    ON DÖRDÜNCÜ  HİSSƏ

                         BİR YARPAQ

 

Bu yarpaqlar olmasa, çılpaqdır budaq, ağac,

Yarpaqlarla qorunur, susuz budaq, həm ağac.

***

Bir it cumsa üstünə bilərsən ki, heyvandır,

Adam doyüb-söyənə kim deyər ki, insandır?

***

Fikrin dara çəkirsə, o fikirmi günahkar?

Fikir neyləsin ki, o dərdlərdən qidalanar.

***

Fikirlər də aldanar dardan səni salladar,

Fikir fikir gətirər, o səni də aldadar.

***

Bir kəsin əvəzinə dediyin olmaz gerçək,

Yanında olmasan sən bilməzsən nədir gercək.

***

Kim görür ki, gedirsən, dönməyini görmürsə,

Görməsə, nə biləcək qalmısan, ya dönmüsən?

***

Göz-qulağın çalış ki, hakim kəsilsin sənə,

Görmədiyin söyləsən qəbahətdir bil sənə

***

Qulağın eşitsə də, üzü ki görməyirsən,

Bəlkə səsi səsinə oxşarı dinləyirsən?

***

Etibar adət olsun, adət də göz hökmünə,

Öz gözünlə görməsən, nahaq günah yükləmə.

***

Günahdan yan keçənlər görüb, həm eşidəndir,

Günahı qazananlar kortək fitva verəndir.

***

Hər ağızdan duyular bir söz, ya da bir avaz,

Düzü axtarıb tapan söyləyən nə yaman az.

***

Başında bir fikir var, onu deyib, car salma,

Fikrin fikrin edən var, dörd tərəfə söz yayma.

***

Mehribanlıq eyləyib, gülümsədim insana,

Dedilər, deyəsən, bu, oxşayır pis qadına.

***

Hər incə eyhamları anlayanlar az olar,

Öküz altından diri bala çıxaran da var.

***

Nə olursa olsa da, həmən pis fikirləşmə,

Həmən tələsərək pis fikirlə qərar vermə.

***

İnsantək qəliz varlıq görmədim bu cahanda

Gördüyüm ağıllılar qəlizdir hamıdan da.

 

 

                      DAHA BƏSDİ

 

Ey insan, bir qəlbin var, içi dolu məkr, kin,

Az qalır uzaq qaça səndən fəriştə və cin.

***

Nə üzün-gözün düzdü, nə sözün, nə əməlin,

Şövqlə yalan deyirsən, əlində yox dəlilin.

 

Dayan burda bir azca, daha getmə uzağa,

Doğru yolda o kəsdir, bilir nədir qadağa.

***

Tut yoxsulun əlindən, özünə bir az bəsdi,

Son nəfəsdə peşmanlıq, bil ki, daha əbəsdi.

***

Dünyaya sahib olmaq eşqinə kim tələsdi,

Qızıldan libasların sonda yuyucu kəsdi.

 

 

                DAŞIN YERİ YARALI

 

Daş qopub düşsə bir gün divarından aralı,

O divarda görünər daşın yeri yaralı.

***

Könül daş deyil, amma qalmır dərddən aralı,

Yumşaqsa, min dərdi var, o da dərddən yaralı.

***

Bas bağrına insanı, ayrı qalmasın canı,

Axsa ürəkdən qanı, qoyma ağrısın canı.

***

Əlinə batsa tikan, başlarsan uflamağa,

Özgəyə dəysə güllə, başlayarsan qaçmağa.

***

Özünə dəysə kötək, başlarsan bağırmağa,

Böyrünə dəysə təpik, bəndsən haray salmağa.

***

Qonşunun dərdi-səri başdan aşıb tökülsə,

Qaçarsan övladına, əgər bərkdən öskürsə.

***

Başqasının dərdini, özünkü bilsən əgər,

Özgəyə dərd verməkdən, utanmazsanmı məgər?

***

Övladına etməzsən, iynə boyda pisliyi,

Özgənin övladına, edərsən “əskikliyi”.

***

Nədir bu insafsızlıq, daş-dəmirtək ürəklər,

İnsanın halına, təəccüblənir fələklər.

***

Aç qəlbinin qapısın, mərhəmət dolsun ora,

Bəlkə, ürək yumşalıb, yetim yanında dura.

***

Yığırsan qohum-qardaş, sirdaşını başına,

Yetim nəçarə qılsın öz kimsəsiz başına?

 

 

                  DƏRDDİ, DƏRD

 

O, yellənə-yellənə hər gün gəlir evə dəm,

Arvad-uşaq da çəkir ondan işgəncə, dərd-qəm.

***

Cumur şirtək arvada əldə qamçı, dəyənək,

Haray qalxır göylərə: bu dərdə necə dözək?!

***

Hamı səhər yeməyi çay, pendir yeyər, içər,

Bu da səhər sübh tezdən başına içki çəkər.

***

Qulaq, sifət, peysəri qırmızı qan tökülür,

Arvad iş axtarmaqdan ayaqları bükülür.

***

Düşüb mey çəlləyinin ta ki qalıb dibində,

Araq dostu şüşəni partladıb kəlləsində.

***

Hörməti- izzətini araqla içib gedib,

Arvad -uşağı eldə rüsvayi-cahan edib.

***

Bir gün güya and içir, guya tövbə eləyir,

O gün evdəkilərin başına daş ələyir.

***

Danlyanda söyləyir, “içmək kişi işidir!”

İndi gəl başa sal ki, bu işin ən pisidir!

***

Sən necə kişisən ki, içəndə şir olursan,

Üstünə cuman olsa, dərhal pişik olursan?

***

Bu yoldan dönməyinə yoxdur onun bir əlac,

Dəli şeytan arvada deyir, bunu tulla, qaç!

***

Yaşlı başlı, ya cavan-kimdir dəm əhli olan,

O kəs olmaz arvadın, evin qeydinə qalan.

***

Bəladır, bil sərxoşluq, gətirməz evə xoşluq,

Ailəyə, ocağa bir xəstəlik, naxoşluq.

***

Bu bəlaya uyarsan, ailən olar bərbad,

Hər kəsi qəm bürüyər, bir kəs olmaz evdə şad.

***

Kimdən eşitsən əri arağı su tək içir,

Bil ki, arvad-uşağa o gündən kəfən biçir!

 

 

        

 


media-ads-728x90

Bənzər xəbərlər