XALİDƏ HİCRAN
HİKMƏTLİ BEYTLƏR
4 cildlik “ HİKMƏT XƏZİNƏSİ”, 1- ci cild.
ON İKİNCİ HİSSƏ
AXTARMA BAŞQA MƏXLUQ
Sənə bir sey olarsa, axtarma başqa məxluq,
Gör ki kimdir səninlə yaxından edir dostluq.
***
Könlümü qıra bilməz başqa türlü bir canlı,
İnsandan özgə canlı görmədim soyuqqanlı,
***
Kimin ki, qarşısında zorla başlar əyildi,
Fələyin xəlbirindən özü bir gün ələndi.
***
İnsan oğlu dünyaya özü olarkən naxış,
Özün salar qəfəsə, olmaz ondan bir çıxış.
***
Özü özünə düşmən kəsilən bir adama,
Özü özünə bəsdir, özgə düşmən arama.
***
Adili-muxtar oldu insan ağılda özü,
Dünyanın malı üçün bağlandı iki gözü.
***
Gözəlliyi duyanın hər biri olmaz insan,
Onu viranə qoyan bir gün olar çox peşman.
Vaxtında o dinləməz bircə öyüd-nəsihət,
Ta ki, etməyincə o çox böyük bir qəbahət.
***
Qəbahət vərdiş edən, özünə etməz töhmət,
Əyri əməlinə də qazandırar bəraət.
AZALMASIN QEYRƏTİN
Dərd dərdlini dərdə salar, usanmaz,
Dərdsiz dərd çəkməyi eyninə almaz.
***
Daşla bəhsə girsə kövrək bir kəsək,
Gərək, o bilə ki, əzilməyəcək.
***
Örtülsə gözünə zülmətdən rübənd,
Yalan-haqsızlığa sən olarsan bənd.
***
Olsa bir gözəlin ədası-nazı,
Olmaz heç vecinə ki, kimdi qazi.
Sən ehtiyat etsən əgər bir kəsə,
Gərək, aranızı divarlar kəsə.
***
Yoxlasan yüz dəfə dostun qeyrətin,
Heyrətində azalmasın qeyrətin.
***
Öküz görünüşü olsa da bədheybət,
Kotanı çəkən odur, ondadır qeyrət.
***
Adın gör nələri dəyişir, müdam,
Olanda adınla əməlin tamam.
***
Kəsir olmasın adında özəlliyin,
Adına adın versin öz gözəlliyin.
***
Yolun yorğunluğu olsa canında,
Yükün ağırlığı tək ayağında.
***
Başmağın olmasa ayağa görə,
Ayağın, gərəkdir, məşəqqət görə.
***
Ayağın ağrısa, zülmün ərşədir,
Çünki, ayaq səndən əvvəl yerdədir.
***
Yoxuşun-enişin anlasan yolun,
Tanıya bilərsən fələyin torun?
***
Hər yolda olsa da min bir əziyyət,
Getməyə gərəkdir ola qətiyyət.
***
Əlin soyuyarsa gördüyün işdən,
Bil ki, əlin çıxar hər bir gəlirdən.
***
Tökmə göz yaşını sən gilə-gilə,
Ürəyin sökülər, bil, ilmə-ilmə.
***
Göydən ələr damcı- damcı yağışlar,
O yağışla gör nələri bağışlar!
***
Etməsin heç bir dərd qoy səni məyus,
Dərdlər qəlbimizə bir cani, cəsus.
***
Olsaydı əgər ki, göz yaşları incidən,
Onun rəngi olardı zil-qara gecədən.
***
Göz yaşını yaratdı Tanrım büllur bulaqdan,
Qəlbi qorumaq üçün faydalanaq o sudan.
***
Daşda iynə ucuyca olsa bir qəlb ağrısı,
Parça-parça qırılar, qalar tək qum tayası.
***
Ağacın min xeyri var- ya meyvə, ya gül,
Tutdan isə həm döşab, ipək, həm də tül.
***
Bir tikmənin olsa da işləməsi qızıldan,
O tikməni tikın əl çox qiymətlidir ondan.
***
Ölümün gölgəsinə əgər rast gəlməzsən də,
Özü səni tapacaq daban-daban gəzəndə.
***
Demə gəldim cahana ki, olam şadü- xürrəm,
Kim ki, desə xoşbəxtəm, olar ona bir şübhəm.
***
Əhvalın hər halınla fərqlənir keçmişir dən,
Əhvalın pis keçərsə, fərqi nə keçmişindən?
***
Oturub bir çəməndə nazlı dilbər naz ilə,
Seyrə dalıb baharı, bülbüllər pərvaz ilə.
***
Dolma dolsa qazana, çatar dalda qalana,
Sən dolmanı az-az ye, əzab olar qarnına.
***
Döl oldusa bir inək, gərək, onu yedirdək,
Ac qarnına doğulsa, bəhər verməz o inək.
***
Nəyi ki yaradıbdır, ziyanından xeyri çox,
Onunçun yaranmışı, mühakimə etmə çox.
***
Bir kapitan bəyənməz dayaz dəryanı, inan,
Ağlın dərya tək olsa, hətta çox sevər anan.
***
Yol ya açıq, ya bağlı, qəlb evin isə dardır,
O kəsin vay halına, qəlbi yaman qaradır
***
Ağlın bir dərya olsa, gözəlliyin özündə,
Pisliyə sən yol açma, kin olmasın könlündə.
***
Yaz yağışı tez kəssə, nə deyim, heyhat,
Yenə də palçıq olar, edər narahat.
***
Hər dalaş bir savaş, ondan qaçar ağıllı baş,
Aqilsə qarşıdakı, ağrımaz nə əl, nə baş.
***
Balın bu şirinliyi cənnətdən gəlməsəydi,
Bu qədər faydasını heç kim söyləməzdi.
***
Dərya qırağı çəmən o dəryadan su içər,
Dərya isə çəməndən təkcə gözəllik istər
***
Fikirlərin qarışsa qarışıq dünya təkin,
Hər yediyin də olmaz ki şirni güləbətin.
***
Nə təbib, nə loğmanda olmaz bir dərmanı,
Əhli eşq bələddi, taniyar o dəryanı.
***
Fikrin ağırlığını çəkir keçən günlərin,
Fikirin də ağır olsa, işlemir saatların.
***
Əlləri qandallıdır, ayağı zəncir,
Başını işlətməsə, bəla gətirir.
***
Verəndə şahi -mərdanə verər,
Alanda dərdi peymanə üzər.
***
Çayın suyu olsa da özündə,
Yaşıl söyud olar sahilində.
***
Birinci tikədə lap çox dad olar,
Sonuncu tikədə o dad azalar.
***


