media-ads-728x90
media-6ae5e9cd1da186ae5e9cd1da1917934524936ae5e9cd1da166ae5e9cd1da17
media-ads-728x90

Rusiyanın paytaxtı Moskvada yaşayış binasının 14-cü mərtəbəsindən yıxılan kişi möcüzə nəticəsində sağ qalıb.

Pressline.az yerli mediaya istinadla xəbər verir ki, hadisə bu gün səhər saat 8 radələrində Marşal Rokossovski bulvarında baş verib.

Məlumata görə, kişi binanın 14-cü mərtəbəsindən yıxılaraq avtomobilin damına düşüb. Ehtimal edilir ki, avtomobilin damı zərbənin gücünü azaldıb və kişinin sağ qalmasına kömək edib.

Yaralı xəstəxanaya yerləşdirilməsi üçün tibb işçilərinə təhvil verilib.

Hadisənin başvermə səbəbi hələlik məlum deyil.


media-ads-728x90

Bənzər xəbərlər