media-ads-728x90
media-1001102865-1793460934530169596
media-ads-728x90

Misli Premyer Liqasının X turunda daha iki qarşılaşma baş tutub.

Pressline.az bildirir ki, “Araz-Naxçıvan” Şamaxı şəhər stadionunda “Zirə”ni qəbul edib.

Görüş 2:2 hesabı ilə başa çatıb. “Araz-Naxçıvan”ın heyətində qolları Patrik Andrade (22), Ağadadaş Salyanskiy (62) rəqib qapısından keçiriblər. “Zirə”dən isə Eren Aydın (69) və Mehdi Mişahşah (87) fərqləniblər.

Bu nəticədən sonra Bakı təmsilçisi 16 xalla 5-ci pillədə qərarlaşıb. 3 xala malik Naxçıvan komandası isə sonuncu – 12-cidir.

“Qarabağ” isə “Qəbələ” ilə heç-heçə edib.

Qəbələ şəhər stadionunda baş tutan qarşılaşma qolsuz bərabərliklə başa çatıb.

Bu nəticədən sonra “Qarabağ” 19 xalla ikinci pillədə qərarlaşıb. 8 xalı olan “Qəbələ” isə 10-cudur.

Qeyd edək ki, turun daha əvvəl baş tutan görüşlərində “Turan Tovuz” evdə “Sabah”ı 3:2 hesabı ilə üstələyib.


media-ads-728x90

Bənzər xəbərlər