Ərdoğan açıqladı: İllik 700 ədəd istehsal ediləcək
Batmanda öz imkanlarımızla istehsal etdiyimiz süni tənəffüs aparatları həm xəstəxanalarımızda istifadə olunur, həm də 45 ölkəyə ixrac edilir.
Pressline.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 12-ci Türk Tibb Dünyası Konqresində çıxışı zamanı deyib.
Ərdoğan bildirib ki, dünyada çox az sayda istehsalçı tərəfindən hazırlanan ürək-ağciyər aparatı tamamilə yerli imkanlarla istehsal edilib istifadəyə verilib:
“Hazırda məqsədimiz yerli ultrasəs cihazını istehsal etməkdir və sözügedən cihazdan illik 700 ədəd istehsal etməyi də planlaşdırırıq. Bunları yalnız yeni bir başlanğıc hesab edirik. Məqsədimiz daha böyük uğurlara imza atmaqdır. Müdafiə sənayesində necə uğur hekayəsi yazmışıqsa, səhiyyə sektorunda da eyni nailiyyəti əldə edəcəyik”.








