XALİDƏ HİCRAN
HİKMƏTLİ BEYTLƏR
4 cildlik “ HİKMƏT XƏZİNƏSİ”, 1- ci cild.
ON ÜÇÜNCÜ HİSSƏ
——————————-
AZALMASIN QEYRƏTİN
( Ardı )
Əvvəl- axır var işdə,
Dad damaqda, güc dişdə.
***
Alov yanar təndirdə,
göz ağrısı o hisdə.
***
Xeyrin özün görməsən də,
Sən tənbəllik etmə işdə.
***
Xeyirin yoxsa peşəndə,
Səhv etmə onu seçəndə.
***
Yeməyi seç hər yeyəndə,
Peşman olma həzm edəndə.
QƏLB OYUNU
Nifrətə qapı açar, hər bir sevgi, məhəbbət,
Nifrətlə qoşa yaşar böyük sevgi və həsrət,
***
Bir anlıq qığılcımdır, nifrət eşqi yox edər,
O möhtəşəm sevgini nifrət bir anda silər.
***
Sevginə inanma ki, hər zaman o olacaq,
Bir gün ölərsə sevgi, bəlkə nifrət qalacaq.
***
Təhlükəli oyundur, bu məhəbbət oyunu,
Sevgi yaşasan, demə görərəm öz toyumu.
***
Sevgiyə aldanarsan, görəməzsən toyunu,
Sevgi başı bəlalı, yalançı qəlb oyunu.
***
Bir çoxları uduzdu bu bəlalı oyunu,
Yatma şirin yuxuda ki, görəsən toyunu.
Bu sevgiyə inanıb, qarışdırma yuxunu,
Yarına bel bağlama ki, edəcək toyunu.
***
Hər sevgi əsl olsa, Əsli, Leylisə, yetər,
Hər kəsin Qeys olmağa səncə, qeyrəti yetər?
***
Şirin eşqiylə Fərhad dağı çapdı hünərlə,
Ömrünü başa vuran qaldı az arvad ərlə.
***
Bir sözə görə deyər: Xoş gəldin, qapı açıq!
Kimi qapı bağlamaz, deyər: Get, qapı açıq!
***
Görən, qeyrət azalır, yoxsa nifrət çoxalır
Əfsus,nifrət çoxalır, qeyrət isə az qalır
***
Bağışlamaq yox olub, özgəyə verir qərar,
Yolun azmış sevilir, nə ki, evdəki pərgar.
BAŞINI QORU
Sən başını qoru ki, başın işə qarışsın,
Başına sahib çıx ki, pis işə qarışmasın.
***
Başın səni ucaldır, ya yerəcən alçaldır,
Başına bax, başını, vallah, başdan çıxardır.
***
Başbilən olur o baş ki, ağılla dillənir,
Hər başın dediyin yox, ağıllı söz söyləyir.
***
Bir başdan darı boyda əgər ağıl itirsən,
Ağlı itən o başdan daha nə gözləyərsən?
***
Başın itərsə bəzən,
Kimdi səni bəyənən?
***
Başın olsa da ən ucada,
İçi boşsa, neylir ucada?
***
Kaş ki, abır -həyadan baş dikəsən aşağı,
Bunları itirməkdən olma başıaşağı.
***
Ağılsız kəs bir gün otursa da ucada,
Bilərlər ki, o basin yeri deyil orada
***
Bir taxta çıxarsa içi boş olan baş,
Ölkənin əhalisi qalacaq çaş- baş.
***
Başdı səni fırladıb, hər tərəfə hərləyən,
Başın olmasın səni gah tərlədən, gah əyən.
***
Başın xidməti çoxdur, qiymət də qoyulur çox,
Qarına, ya mədəyə elə qiymət qoyan yox.
***
Başdı səni, özgəni öz ağlıyla hərləyir,
Ona görə cəlladdan kəllə cəza gözləyir.
***
Dostluq eyləyərsən basına başınla,
Səni yolda qoymaz aparar ağılla.
***
Olmasa da o başdan bircə gileyli,
Sən yenə pis işlərə heç salma meyli.
***
Ağıllı başdan əgər yapışsan iki əlli,
İşlərin irəli gedər tamam-kamal əməlli.
***
İçi boş baş bənzər içi bom-boş qarpıza,
Ağıl sahibisə layiq ipək, atlasa.
***
Başına sahib olmasan, oxsarsan arxasıza,
Basın sahib sıxmadısa, dönərsən yaramaza.
***
İçi boş başla qaçsan, bir yerə də çatmazsan,
Ağılla asta getsən, istəyinə çatarsan.
***
Başın sənə gətirmirsə bircə dənə alçaqlıq,
Bəs onda niyə o başa edirsən sən alçaqlıq?
***
Allah başı bədəndən lap ucada yaradıb,
Onu heç bir əzanın önündə alçatmayıb.
***
Tövsiyəm budu ki, heç vaxt başı itirmə sən,
Tövsiyəmi unutsan, bəs onda nə edərsən?


