media-ads-728x90
media-owl_detail_620_784c28ab0c263fecddf9f88ac8ec4fe0
media-ads-728x90

Rusiyanın Kurilsk şəhərində zəlzələ baş verib.

Pressline.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.

Yeraltı təkanlar noyabrın 2-də yerli vaxtla saat 13:45-də qeydə alınıb. Zəlzələnin maqnitudası 4,6 olub. Seysmoloqlar bu gücdə zəlzələləri hissolunan və episentr ətrafında cüzi dağıntılara səbəb ola bilən yeraltı təkanlar kimi qiymətləndirirlər.

Zəlzələnin episentri təxminən 1 600 nəfərin yaşadığı Kurilsk şəhərindən 202 kilometr şimal-şərqdə yerləşib. Ocaq 10 kilometr dərinlikdə qeydə alınıb.

Regionda zərərçəkənlər və dağıntılar barədə məlumat verilməyib.


media-ads-728x90

Bənzər xəbərlər