media-ads-728x90
media-1793690525-878237541_1654041696125073_2367222920985684865_n
media-ads-728x90

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Qırğızıstana ilk rəsmi səfəri çərçivəsində Qırğızıstan Joqorku Keneşinin sədri Marlen Mamataliyev ilə görüşüb.

Pressline.az xəbər verir ki, görüşdə Gürcüstan və Qırğızıstan arasında güclənən əməkdaşlıq vurğulanıb, son illərdə yüksək səviyyəli görüşlər və keçirilən səfərlər qeyd edilib.

Şalva Papuaşvili Qırğızıstana Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyinə görə təşəkkürünü bildirib.

Tərəflər ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Söhbət zamanı parlamentlərarası əməkdaşlıqla yanaşı, ticarət, turizm və nəqliyyat sahələrində əməkdaşlığa da toxunulub.

Orta Dəhlizin strateji əhəmiyyətinin də müzakirə edildiyi görüşdə tərəflər bu dəhlizin daha da inkişaf etdirilməsi üzərində işləməyə hazır olduqlarını bildiriblər.


media-ads-728x90

Bənzər xəbərlər